Qadın canlı heykələ çevrildi...
Dünyada elə qəribə hadisələr baş verir ki, sadəcə heyrət içində izləməkdən başqa insan heç nə edə bilmir. Bu bəzən nadir xəstəliklər səbəbindən də yaranır. Belə xəbərlərdən biri də odur ki, nadir genetik xəstəlik 29 yaşlı qadını canlı heykələ çevirib.
Xarici mətbuata əsasən Amerika Birləşmiş Ştatlarının Konnektikut ştatının sakini Casmin Floyd adlı qadın nadir fibrodisplaziya xəstəliyindən əziyət çəkir.
Beləki həmin qadın, gəzə, otura, daya bilmir, çünki bu zaman güclü ağrılar olur.
Orqanizmdə birləşdirici toxumaların daş kimi bərkiməsi nəticəsində qadın 2 ildir ki, yatağa məhkumdur. Çünki xəstəlik ona gəzməyə belə imkan vermir.
Əslində anadangəlmə bu xəstəliyi olan pasiyentə diaqnoz 5 yaşında qoyulub, o vaxt elə də ciddi simptom yox idi. Uşaq yaşıdları kimi hərəkət edirdi. Lakin 2019-cu ildən ciddi ağırlaşma baş verdi və qızı xəstəxanaya qoydular. Düz 6 ay xəstəxanada qalan qız artıq əvvəlki həyatına qayıda bilmir. İndi o tualetə qalxmaq üçün belə güclü stress keçirir. Cəmi 10 dəqiqə ayaq üstə qala bilir.
Xəstəliyin müalicəsinə ümidli olsa da, hələ ki, təcrübədə uğurlu nəticə yoxdur.
Fibrodisplaziya - bağlar, vətərlər, əzələ və birləşdirici toxumaların zamanla daşlaşmasıdır.
Bu xəstəlik bir milyon insanda 2 nəfərdə görülür. Bəzən heykəl kimi dayanan adamlar görürük. Bu həm məcazi həm də fiziki mənada belə olur. Amma fiziki mənada İnsanın daşa, heykələ çevrilməsi çox dəhşətli mənzərədi.
Sonda hər birinizə daş kimi möhkəm olmağı arzu edirəm.
HAZIRLADI: BÜNYAMİN BÜNYADZADƏ
Digər Xəbərlər
30 Dekabr 2025 16:05
Bazarstore” media nümayəndələrinin övladları üçün Yeni il şənliyi keçirib
30 Dekabr 2025 11:51
Qədim türk yurdunun sakinləri: Altaylar - (VII yazı)
26 Dekabr 2025 10:10
Buryatlar: Baykal gölünün sahiblərı - (VI yazı)
24 Dekabr 2025 13:01
Günün Lətifəsi
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02


Bakı -°C

