adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Iyul 2019 10:49
8551
MƏMLƏKƏT

PXTM və “Loqos” Mətbuat gününü qeyd edib

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi "Loqos” la birgə 22 iyul - Milli Mətbuat və Jurnalistika günümünasibətilə tədbir keçirib.

Tədbirdə Mətbuat şurasının rəhbəri, millətvəkili Əflatun Amaşov, "Loqos” un rəhbəri Təranə Məmmədova, YAP SiyasiŞurasının üzvi, "İki sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, AYB –ninkatibi, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, Azərbaycan MilliEnsiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq AvrasiyaMətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev, "Azərbaycan” qəzetininşöbə müdiri İradə Əliyeva, Filologiya üzrə fəlsəfədoktoru, jurnalist Billurə Aslanqızı, "Ədalət”qəzetinin müxbiri Nicat Rüstəmov, "Səs”Media Qrupunun nümayəndəsi Tünzaləİsmayılova və media nümayəndələriiştirak ediblər.

Əvvəlcə tədbiri açıq elan edən PXTM-nin müavini Amal Əsgərov tədbirin proqramı haqqında qonaqlara genişməlumat verib. Sonra mətbuatın inkişafı ilə bağlı qısa videoçarx nümayişedilib.

Daha sonra qonaqları salamlayan"Loqos” un rəhbəri Təranə Məmmədova mətbuat günü ilə bağlı bütün medianümayəndələrini təbrik edib və daim göstərdikləri dəstəyə görə minnətdarlığınıbildirib.


Çıxış edən Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycanmətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatınformalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildəÜmummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycanmətbuatının inkişafı yolunda yeni bir tarixdir. Natiq qeyd edib ki, sözvə məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsindəbu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görəMDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır.Heçşübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixinailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalistadlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözunnüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.

Digərçıxış edənlər "İki sahil”qəzetinin baş redaktoruVüqar Rəhimzadə, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyətişçisi Vaqif Bəhmənli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri UmudMirzəyev, jurnalist Billurə Aslanqızı medianınvə mətbuatın əhəmiyyətindən, keçdiyi tarixi yoldan danışıblar.

Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi tərəfindən hazırlananfəxri fərmanlar təqdim edilib.

Təltiflərdənsonra tədbir bədii hissə davam etdirilib.

Tədbirdəçıxış edən Cəbrayıl şəhər uşaq musiqi məktəbinin "Qarabağ” instrumentalansanbılı və "Nurlan” rəqs qrupunun ifaları hamıda xoş əhval – ruhiyyə yaradıb.