Putinlə Tramp Rusiya-Ukrayna münaqişəsini və İranı müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da telefon danışığı zamanı Rusiya-Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini, İran ətrafındakı vəziyyəti və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, danışıqlar zamanı dünya enerji bazarındakı vəziyyətə xüsusi diqqət yetirilib.
Rusiya tərəfi ABŞ və dünya bazarlarına neft və neft məhsulları tədarük etməyə hazır olduğunu təsdiqləyib. Moskva bunun qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Bundan əlavə, tərəflər prezidentlər arasında şəxsi təmasları, eləcə də iki ölkənin prezident administrasiyaları, xüsusi xidmət orqanları və digər qurumları arasında əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Digər Xəbərlər
24 Noyabr 2026 23:18
Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
24 Noyabr 2026 22:35
Türkiyədə helikopter qəzası:5 hərbçi həlak oldu - YENİLƏNİB
24 Noyabr 2026 20:22
ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır
24 Noyabr 2026 17:48
"Ermənistan Konstitusiyasında Türkiyə ilə fikir ayrılığına səbəb olan ifadələr çıxarılıb"
24 Noyabr 2026 17:43
Netanyahu onun öldürüldüyünü açıqladı
24 Noyabr 2026 15:09
Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb
24 Noyabr 2026 14:42
Rəsmi Moskva iki rusiyalı diplomatın Kiprdən çıxarılması ilə bağlı xəbərləri təkzib edib
24 Noyabr 2026 09:55


Bakı -°C

