14 May 2025 16:58
82
DÜNYA

Putinin İstanbuldakı danışıqlarda iştirakı dəqiqləşməyib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə Prezident Vladimir Putinin mayın 15-də İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcəyini nə təsdiqləyib, nə də təkzib edib.

Adalet.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Peskov Rusiya Prezidentinin mayın 15-nə görüşlərinin planlaşdırıldığını desə də, onun kiminlə görüşəcəyini dəqiqləşdirməyib.