"Putinin dünyada üç dostu qalıb"

ABŞ -ın NATO-dakı eks- nümayəndəsi İvo Daalder bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin hazırda NATO üzvü olan iki dövlətin başçısı ilə dostluq əlaqələrini saxlayır.
Adalet.az xəbər verir ki, onun sözlərinə görə, Putin təkcə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla isti münasibət saxlamaqla yanaşı, eyni zamanda Macarıstanın baş naziri Viktor Orbanla da yaxşı münasibətdədir. Daalderin sözlərinə görə, Vladimir Putin İtaliyanın keçmiş baş naziri Siviya Berluskoniylə də dostluq əlaqələrini saxlamaqdadır.
"Politiko" yazır ki, diplomat qeyd edir ki, dostlarının içərisində yalnız Türkiyə prezidenti Ərdoğan ABÇ -ın və Qərbin qəti etirazlarına baxmayaraq, NATO ölkələrindən lazımi avadanlıqlar almaq əvəzinə Moskvadan Hava Hücumundan Müdafiə sistemləri almağa cürət edib.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Avropada etil spirti qadağan edilə bilər

Ermənistanda keşişlərin "ovu" davam edir

Lavrov-Rubio görüşü təxirə salınmayıb - Rusiya XİN

Gümrü meri ilə bağlı həbs qərarı verildi

“Putin istəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin”

Ermənistan və Moldova Avropaya inteqrasiya məsələlərini müzakirə edib

İmamoğlu işi ilə bağlı həbs edilənlər bəraət aldı
