adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
20 Iyul 2022 16:20
1272
MARAQLI

Putinin  “bumeranq”ı : 1 dəqiqə 55 saniyəlik hesabın 50 dəqiqəsi ödənildi...


2020 ci ilin mart ayı idi. Rusiyanın dövlət telekanalı “Rossiya-1” Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəhlizdə gözlətməsinin kadrlarını yaydı.

Telekanal həmin anlarla bağlı hazırladığı reportajda, ekranın küncünə saniyəölçən yerləşdirməklə V. Putinin Ərdoğanı gözlətdiyi vaxtın miqdarını göstərdi. Məlum oldu ki, Putin Ərdoğanı 1 dəqiqə 55 saniyə dəhlizdə gözlətdikdən sonra qəbul edib.
Həmin vaxt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhərində 34 türk əsgərinin şəhid olmasından sonra mart ayının 5-də Moskvaya rəsmi səfər etmişdi.


Ata-babalarımız necə demişdi?: “Kəsər dönər sap dönər, gün gələr hesab dönər..” Bax həmin hesab döndü..


Adalet.az xəbər verir ki, Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin ötən gün Tehranda baş tutan ikitərəfli görüşü ilə bağlı görüntülər beynəlxalq medianın diqqətini çəkib.
Ərdoğanın görüşə gecikməsi səbəbindən Putinin bir müddət onu gözlədiyi qeyd edilib. Gecikmə 50 saniyə çəkib.


İndi bütün dünya Rusiyanın daha dəqiq Putinin üstünə yeridiyi bir zamanda Putin çarəsizcə Türkiyə liderinin oturacağı kürsüyə gözlərini zilləməklə hansı durumda olduğunu və bir də belə bir durumda Ərdoğann önəmini anlamamış deyildi.
Mən bilirdim ki, Ərdoğan bu hörmətsizliyi unutmayacaq.

Qeyd edək ki, Ərdoğanın gecikməsinə səbəbkarı isə Vladimir Peskov olub. Görüş otağına gələn Ərdoğan dəhlizdə Kremlin sözçüsü ilə rastlaşıb və ona diqqətsiz qalmayıb. Peskovla türkcə (Peskov türk dilində mükəmməl danışa bilir – red.) qısa söhbət edən Ərdoğanın məhz buna görə 50 saniyə gecikdiyi bildirilir


Əntiqə Rəşid