adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 Yanvar 2019 14:36
13076
DÜNYA

PUTİNİN «AŞPAZI» TRAMPI PREZİDENT SEÇİB?

ABŞ-ınxüsusi prokuroru Robert Müller Pütinin şəxsiaşpazı Yevgeni Priqojinin 2016-cı ildə Amerikada keçirilənprezident seçkilərinə müdaxilə etməsi ilə bağlı məxfi materiallarla tanışolmasına etiraz edib. Bununla bağlı Müller Kolumbiya dairə məhkəməsinə müvafiq etiraz məktubu göndərib.

«Putininaşpazı» hələ 2018-ci ilin dekabrında onaməxsus olduğu iddia edilən «Konkort» şirkətinin rəhbərlərinə, əməkdaşlarına və şəxsənözünə qarşı məhkəməyə təqdim olunmuş sənədlərinaçıqlanmasını xahiş etmişdi.

Məhkəməyəgöndərilən Ədliyyə Nazirliyinin xüsusi prokuror tərəfindən imzalanmış məktubunda bildirilir ki, ABŞ hökumətininəlində ciddi əsaslar var ki, bəzi sənədlərin açıqlanması ölkənin təhlükəsizliyiriski baxımından mümkün deyil. Xüsusi prokurorbildirir ki, internetə qoşulmayan kompüterlərdə saxlanmasına baxmayaraq, istintaqzamanı əldə edilmiş mindən artıq məxfi sənədlər hansı yollarlasa sosial şəbəkələrəçıxarılıb.

Məhkəməninqərarına əsasən, xüsusi qaydalara görə, məhkəmə sənədləri ilə yalnız yerində tanışolmaq olar. Bu sənədlərin və məlumatların ölkədən kənarda yayılması qadağandır.Ona görə də Priqojinin özü ABŞ-a gəlməli və materiallarla məhkəmənin binasında tanışolmalıdı. «Baş aşpaz» isə şəxsi məsələləri baxımından Amerikaya gedə bilməyəcəyini bildirib.

Müllerinqənaətinə görə, Priqojin və onun şirkətləri hələ 2014-cü ildən ABŞ-da keçiriləcəkprezident seçkilərinə müdaxilə edərək seçkiqabağı manifestlərin təşkil olunması və bu manifestlərdə ABŞ vətəndaşlarının iştirak etməsi üçün küllimiqdarda vəsait xərcləyib.

MEHRİBAN