Putin yenə təhdid edir
Rusiya Federasiyasının prezidenti Vladimir Putin, müdafiə nazirliyinin geniş kollegiyasında Ukrayna ilə bağlı sərt çıxış edib.
Rusiya prezidenti çıxışında faktiki olaraq bəyan edib ki, Ukrayna onların şərtləriylə razılığa gəlməsə, onda Rusiya məsələni hərbi yolla həll edəcək. Putinin sərt bəyənatı Qərbdə geniş müzakirəyə səbəb olub.
Dally Exspress yazır ki, "Putininin pisniyyətli xəbərdarlığından belə çıxır ki, Ukrayna danışıülara başlamaq üçün Kremlin tələb etdiyi şərtləriylə razılaşmasa, Moskva məsələni hərbi yolla həll edəcək".
Həmişə olduğu kimi, sağını- solunu hərbi gücüylə hədələyən Rusiya prezidenti, bu dəfə də "adətinə sadiq qalaraq" sonda bildirib ki, "Rusiya həmişə münaqişələrin diplomatik yolla həllinə çalışıb".
Rüstəm Hacıyev


Bakı -°C

