Putin və Sarkisyan sabah Minskdə görüşəcək
Rusiya prezidenti Vladimir Putin sabah Belarusun paytaxtı Minskə səfər edəcək.
Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya lideri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Şuranın iclası zamanı təşkilat çərçivəsində qarşılıqlı əməkdaşlıq, aktual beynəlxalq və regional məsələlər, həmçinin KTMT kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı məqamlar müzakirə olunacaq.
KTMT-nın Şura iclasında digər ölkə başçılarının da iştirak edəcəyi gözlənilir.
Daha əvvəl Belarusun ABŞ-dakı müvəqqəti işlər üzrə müvəkkili Pavel Şidlovskiy bəyan etmişdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin bütün ölkə başçıları noyabrın 30-da Minskdə keçiriləcək sammitə qatılacaqlarını təsdiqləyiblər.
"Bütün ölkələr həmrəylik göstərərək vahid ölkə kimi hərəkət edir”, - deyə Şidlovskiy KTMT-nın yaradılmasının 15 illiyi ilə bağlı Rusiyanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirdə çıxış edərkən bildirib.
Ermənistan prezidenti Serj Sarkisyanın da Minksə səfəri planlaşdırılır. Onun Rusiya prezidenti ilə tədbir zamanı görüşəcəyi bildirilir.
Digər Xəbərlər
29 Aprel 2024 15:36
Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi
29 Aprel 2024 15:35İsa Qəmbər yenidən başqanlığa namizəd oldu
29 Aprel 2024 15:05Ceyhun Bayramov Qətərə getdi
29 Aprel 2024 14:49Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət olunub
29 Aprel 2024 14:39