adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Avqust 2016 18:00
6869
GÜNDƏM

Putin naziri işdən çıxardı

Rusiya prezidenti Vladimir Putin təhsil naziri Dmitri Livanovu istefaya göndərib.

Adalet.az "İnterfaks"a istinadən  xəbər verir ki, onun yerinə Prezident Administrasiyasının əməkdaşı, tarix elmləri doktoru Olqa Vasilyeva təyin olunub.

Məlumatda o da bildirilir ki, D.Livanov da işsiz qalmayıb. Belə ki, V.Putin onu özünü Ukrayna ilə ticari-iqtisadi əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edib.