adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Sentyabr 2015 09:56
3790
MƏMLƏKƏT

Puluna güvənib ağac kəsənlər

Azərbaycanda ətraf mühitin qorunması, yaşıllıqlarınsalınması və vətəndaşların asudə vaxtlarının səmərəli təşkili hokumətin ənprioritet hesab etdiyi sahələrdəndir. Bu sahənin inkişafı üçün Heydər ƏliyevFondu da davamlı addımlar atır. Məhz həyata keçirilən uğurlu siyasət nəticəsindəbu gün Azərbaycanda yaşıllıların ətahə dairtəsi genişlənib. Yeni-yeni yaşıllıqzolaqları salınıb. Ancaq bəzi hallarda bu siyasətə kölgə salan addımlar daatılır. Söhbət Xətai rayon Sarayevo 8 ünvanından gedir. Bu ərazidə yaşayan birqrup vətəndaş redaksiyamıza müraciət edib. Onlar müraciətlərində göstərir ki, Xətairayon Sarayevo küçəsində "ağac qətliyamı” həyata keçirilib. Səbuhi adlananfiziki şəxs tərəfindən həyata keçirilən proisesdə 22 ağac məhv edilib.



Səbuhiniqoruyan güc kimdir?

Sakinlərin dediklərinə görə, hadisə mart, aprelaylarında baş verib. Sarayevo küçəsində olan ağaclar gecəsaatlarında kəsilib. Öncə ərazidə avtomobil dayanacağının tikiləcəyi deyilsə dəsonradan məlum olub ki, Səbuhi adlanan bir nəfər həmin ərazidə obyekt inşaetdirmək istəyir. Sakinlər bildirir ki, gecə yarısı kəsilən ağaclar zibilmaşınları ilə daşınıb: "Ərazidə olan ağacların kəsimini həyata keçirənlər sankibu işdə profionaldırlar. Dəmir mişarla ağacıları kəsəndən sonra zibilmaşınlarına yığıb daşıyırdılar. İşi elə peşəkarlıqla həyata keçirirdilər ki,sakinlər bu işdən duyuq düşməsin. Günlərin bir günü ərazidə olan ağaclarınyalnız kötüklərinin qaldığını gördük. Artıq gec idi”.

Məlumat üçün bildirək ki, Səbuhi adlanan şəxs ərazidəgücflü biznesmenlərdən hesab olunur. O, ərazidə xalça satışını həyata keçirir.Ərazidə kifayyət qədər obyekt sahibi olan Səbuhi puluna arxayin olaraq bu işlərihəyata keçirib. Onun Xətai rayonunda yeni tikilən obeykti də var. Həmin obeyktlədə bağlı ilkin araşdırmalara başlamışıq. Görək, Səbuhi adlanan şəxs bu obyektlərəhansı sərmayyə ilə sahib olub???

Sakinlərimdad diləyir

Redaksiyamıza müraciət edən sakinlər baş verənlərləbağlı aidiyyatı qurumlara edilən müraciətlərin bir nəticə vermədiyini bildirirlər.Onların sözlərinə görə, məsələ ilə bağlı Xətai rayon icra hakimiyyəti, polis vəprokratura, Ekologiya Nazirliklərinə ətraflı məlumat verilib: "İcra hakimiyyətindənöncə bizə bildirdilər ki. ərazidə avtomobil dayanacağı tikiləcək. Biz dəprosesin gedişini izləyirdik. Ancaq sonradan ərazidə heç bir tikinti işləriaparılmadı. Məlum oldu ki, bu işi həyata kieçirən Səbuhi adlanan şəxs bizialdadır. Onun fikri ərazidə obyekt tikməkdir. Hətta bizdə olan məlumata görə, obu yerin razılığını da alıb”. Sakinlər onu da qeyd edir ki, etirazlarınçoxaldığını görən Səbuhi əraziyə torpaq tökdürüb, yolun kənarlarına səkiqoydurub: "Bir gecənin içində əraziyə 10 maşına yaxın torpaq tökdürdülər.Əraziyə səki qoyuldu. Torpağı bu əraziyə tökdürməklə ağaclara qarşı edilən"soyqırımı” gizlətməyə çalışırlar. Həmin ərazidə 22 ağac kəsilib. İndi onlarınkötüklərinin bəzisi torpağın altında qalıb”. 
Sakinlər onu da deyir ki, hadisə baş verən ərəfədə Ekologiya Nazirliyinin nümayəndələriərazidə olub. Səbuhi adlanan şəxsə qarşı cərimə tətbiq olunub. Ancaq sonradanbu cərimə yüngül pulla həll olunub. Akt dəyişdirilib. 


Sakinlərin dedikləri bu faktları araşdırmaq üçün ərazidə olduq. İlkin araşdırmazamanı məlum oldu ki, ağac "soyqırımı” məqsədli şəkildə həyata keçirilib. Çünkiiki tərəfi magistral yolla əhatələnən ərazi əslində obyekt üçün çox əlverişlidir.Bu işi həyata keçirənlər isə avtomobil dayanacağından daha çox ticarət obyektitikməyi düşünüblər.

Ekologiya Nazirliyinin mətbuat xidməti ilə məsələniaraşdırmağa çalışdıq. Nazirliyin sözcüsü İradə İbrahimova bildirdi ki, ərazidəbaş verənlər nazirlik tərəfindən qeydiyyata götürülüb. Akt tərtib olunub. Ancaqağaclar gecə vaxtı kəsildiyinə görə, bunu edən şəxsin kimliyi məlum deyil. Buüzdən Xətai rayon polis idarəsinə, Xətai İcra Hakimiyyətinə məktubla müraciətedilib.

Sakinlər isə aidiyyatı qurumların susqunluğunugörüb dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri MehribanƏliyevaya müraciət etməyi düşünürlər. Sakinlərin tələbi odur ki, kəsilənağacların yerinə eyni ağac əksinlər. Bununla bağlı icra hakimiyyətinə vəEkologiya nazirliyinə də müraciət edəcəklərini bildirirlər.

Ədil Ədilzadə