adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2017 15:31
26622
MƏDƏNİYYƏT

Pulsuzluqdan evinə piyada gedən müdir…

300-ə yaxın filmdə oynayaraq dünya ölçəyindəbir rekorda imza atan, "Yeşilçam”ın uzun bığlı, atacanlı, sevimli aktyoruHulusi Kentmen belə deyirdi: "İllərcə həmişə varlı, fabrika sahibiata rolunu oynadım. İşin ən təsirli qismi isə bütün gün varlı ata rolunuoynayıb çəkiliş başa çatanda evə getmək üçünsoyuqda, döngədəki dayanacaqda avtobus gözləməyim olmuşdu...”


Ən sevilən aktyor

"Yeşilçam” filmlərinin sevimli aktyoru HulusiKentmeni bir çox filmdə ata və baba rolunda izlədik. Filmlərində varlı, fabrikasahibi ancaq mərhəmətli obraz kimi yaddaşımızda iz qoydu. Bəlkə də bir çoxumuzizləyərkən o cür bir atamız yaxud da babamız olsa deyə köks ötürmüşük.Yaratdığı obrazın uzun bığları, şən qəhqəhələri, gülən üzü, zəhlətökən hallarıilə oynadığı hər rola oturan Hulusi Kentmen "Yeşilçam” filmlərinin ən sevilənaktyorlarından biri oldu. Həm komediya, həm də drama uyğundur, ancaq pis adamrolunu oynaya bilməz.

1912-ci ildə Bolqarıstanın Tırnova şəhərində dünyaya göz açar HulusiKentmen. Balkan Müharibəsi başladığında oradan qaçaraq İstanbula gələrlər. Məktəbəİstanbulda başlayar, sonra isə İzmitə yerləşərlər.


Teatr və dəniz sevgisi 

Məktəb illərində teatra marağı olur. Gələcəkdə türk kinosunun unudulmazaktyorlarından olan Atıf Kaptan da eyni məktəbdə, yuxarı siniflərdədir. İzmit AkçakocaMəktəbində oxuyan gələcəyin aktyorları dərslərində də uğurlu, bacarıqlıdırlar. Məktəbinteatr səhnəsi də vardı. Atıf Kaptan teatr qolundadır və pyeslərin səhnələşməsinəliderlik edər. Hulusi Kentmen də bir neçə dəfə səhnəyə çıxar. Səhnə tozu udmuş,artıq teatr virusu yoluxmuşdur. İzmitdə körfəzdə yaşayan aktyorun başqamaraqları da vardı. Məktəbin bağçasından hər baxdıqlarında dənizi və Yavuz körfəzinigörürlərmiş. Tələbələrin çoxsu dənizçi olmaq istəyir.


34 ilin dənizçisi...

Hulusi Kentmenin dəniz sevgisi İzmitdə, körfəzə yaxın yerdə qaldıqları yerdən gəlirdi.Atasının qayığı vardı, birlikdə balığa çıxardılar. Dəniz və yosun qoxusunabağlıdır. O da dostları kimi dənizçi olmaq istəyir. Orta təhsil aldığı illərdəİstanbula gedib dəniz astsubay məktəbindəoxumağa başlayar. Bir arzusunu gərçəkləşdirmişdir, dənizçi olmuşdu: 34 il dənizçiolar...

İstanbulda vəzifəli olduğu yay işinin erkən bitməsini fürsət bilib "Halkevləri”ndəkiteatr nümayişlərini təqib etdi. Bir tərəfdən də səhnəyə həsrət duyurdu. Məşqzamanı aktyorlardan birinin xəstələnməsi onun yolunu açır. Bundan sonra teatr həyatıbaşladı. Artıq gündüzləri astsubay, gecələri isə aktyorluqla məşğul olurdu...


Aktyorluğunu gizlədirdi

Bu vəziyyətin gizli qalıdğını sansa da, komandiribu işdən agah idi. Bir dövlət vəzifəlisi üçün etdiyi iş olduqca təhlükləydi.Komandirinə yaxalandığı gecəni belə danışır: "Bir gecə təmsilin başlamasına birneçə dəqiqə qala komandirimin də tamaşaçılar olan yerdə olduğunu bildirdilər. Səhnəyəçıxa bilmədim. Məni tanıyarsa vəziyyətim necə olardı. Tanınmaz halda makyaj etdedilər. Nə edərsəm edim tanınacağımı bilirdim. Dostlarımın bütün israrlarına rəğməno gecə təmsildə oynamadım, mənim yerimə başqası oynadı. Mənim bütün qorxumkomandir mənim teatrda oynamağıma mane olar düşüncəsi idi, halbuki sonradan öyrəndiyiməgörə o xüsusilə aktyorluğumu seyr etmək üçün tamaşaya gəlmişdi. Təbii buna çoxüzüldüm amma iş-işdən keçmişdi.”


Evə pulsuz gedən müdir

"Hulusi Kentmen yenə müdir, iş adamı rolunuoynadığı bir filmin çəkilişləri vardır. Kentmen böyük bir ustalıqla rolun öhdəsindəngələr. Sonra çəkiliş başa çatar, film heyətindəki hər kəs Hulusi Kentmeni ordaburaxıb maşınlarına minib gedərlər. Halbuki Kentmenin cibində avtobus pulu beləyoxdur. Təbii o da İstanbulun bir ucundan digər ucuna piyada getmək məcburiiyətindəqalar.”

Türk Kinosunda bir dönəmə xarakterik aktyor olaraqimza atan Hulusi Kentmen saysız filmdə aktyor ya da aktrisanın yanında gördük.Kimi zaman qorxulan, kimi zaman huysuz, kimi zamanda hər şeyə hakim, bütünoyunları pozan adam oldu. Pərdə onu sevdi, o da pərdənin haqqını verdi. Yaşlıçinar 81 yaşında dünyadan köçdü.