adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Aprel 2017 14:02
37409
MƏDƏNİYYƏT

Pula görə çox sevdiyi itini satan məşhur aktyor

Məşhur "Rokki" filmi haqqında bilmədiyimiz maraqlı faktlar var. 

Adalet.az həmin faktları təqdim edir:


Silvestr Stallone "Rokki”ni yazdıqdan sonra filmi çəkəbilmək üçün əlində ssenarsilə qapı-qapı gəzərək bir çox prodüserə baş çəkir.Ulaşdığı bütün qapılar üzünə bir-bir bağlanır. Uzun sürən axtarışlardan sonraiki prodüseri razı salmağa yaxınlaşır. 

Prodüserlər ssenariləmaraqlanır və filmin haqqları üçün Stalloneyə 350.000 dollar təklif edirlər. Təklifiqəbul edən Stallonenin tək bir şərti olur: "Rokki"ni canlandırmaq. Prodüserlərbunu da qəbul edirlər ancaq onların da bir şərti olur. Bu şərtə görə, Stollonessenari və aktyorluq üçün ekstra bir məbləğ istəməyəcək. Axırda iki tərəf də şərtlərdəanlaşır. Prodüserlər film üçün "United Artist”-ə gedirlər. Studiyada prodüserə "Rokki"ni canlandırması üçün bir çox tanınmış adlar – Robert Redford,Ryan Oneal, Burt Reynolds, James Caan təklif olunar. Ancaq prodüserlər,Stallonenin israrlı mövqeyini nəzərə alaraq bunun mümkün olmayacağını deyirlər.Sonda edilən anlaşmalar nəticəsində "United Artists” film üçün 100.000 dollarbütcə ayırır. Filmin toplam bütcəsi isə 1.100.000 dollar olur. Sonradan əlavəedilən 100.000 dolları tapa bilmək üçün prodüserlər  öz evlərini bankagirov qoyurlar. Qısaca, başda hər kəsin ağız-burun əydiyi ssenari kino tarixinəkeçərkən, Stallone "Rokki" performansı ilə bütün dünya tərəfindən tanınır...

Astrologiya ilə məşğul olan Stallonenin anasıoğluna demişdir ki, o, ilk uğrunu ssenarisi sahəsində tapacaq. "Rokki” filmininssenarisini yazmaq ağlına gəlməmişdən qabaq, Stalloneni bir neçə televiziyalayihələri üçün ssenarilər yazmışdır.

Silvestr Stallone heç vaxt professional boksla məşğulolmayıb. "Rokki”-nin çəkilişlərinə başlamamışdan qabaq həftədə 6 gün məşq etməyəbaşlayır. O, səhər tezdən oyanıb, sahildə 8 km qaçıb, sonra məşq zalına gəlirdi.Onun gündəlik qidalarına 113 tablet vitamin də daxil idi.


Stallone ilk dəfə çəkiliş meydançasına çıxanda,filmi çəkməyə başlayanda ondan hazır olub olmadığını soruşurlar. O isə cavabverir "Mən hazır deyiləm, amma, Rokki hazırdır.”

Rokkinin həyat yoldaşını oynayan aktrisa Talia ŞarStallone ilə öpüş səhnəsini çəkəndə bərk qrip idi. Aktrisa ona görə başını əyirdiki, qripi Stalloneyə keçirməsin. Amma,sonda Stallone qripə yoluxur. Zalda məşq səhnələrini çəkəndə aktyorqızdırma içində olur.

Stallone özünü "Rokki" ilə müqayisə edirdi. Filminnümayişindən sonra 1976-cı ildə The New York Times-a verdiyi müsahibədədemişdir: "Film ekranlara çıxdıqdan sonra, mənə heç vaxt xoş söz deməyəntanışlarım, yaxınlaşıb deyirdilər. "Sənə halaldır”. Mən isə onlara demək istəyirəm"Mən oteldə qalanda və cürbəcür xəstəliklərdən ölməməyə çalışanda siz hardaidiniz”.

Stallonenin dediyinə görə "Rocky” filmi 28 günə çəkilib.

SilvestrStallonenin ağlına belə bir ssenari yazmaq 1975-ci ildə Məhəmməd Əli ilə ÇakVepnerin döyüşünü mübarizəsini izlərkən gəlir. Stallone, döyüşü izlədikdənsonra üç gün içərisində ssenarisinin layihəsini yaradır.

1975-ci ildə, aktyorun 29 yaşı olanda, onun cibindəcəmi 106 dollar pulu olub. Həyat yoldaşı Saşa isə həmən vaxt hamilə idi. Stallone həttasevimli iti olan Batkisi, onu yedizdirməyə imkanı olmadığından bir ailəyəsatmışdır. Amma, bir ildən sonra həmən ailənin yanına gəlib, Batkisi filməçəkmək üçün ona verməyi xahiş edir. "Filmin titrlarında itin adı Batkis Stallone kimi göstərilir. Filmin çəkilişlərində itin 6yaşı olub.


24 Mart1975-ci ildə Məhəmməd Əli ilə Çak Uepner qarşı-qarşıya gələrkən, kimsə Uepnerinhər hansı bir şansı olduğuna inanmırdı. Uepnerin ən çox üç round dözə biləcəyidanışılırdı, Əli üçün son dərəcə asan bir döyüş olacağı düşünülürdü. Ancaq, Uepnerhər kəsi yanıltmağı bacarır, son roundaqədər dayanan Uepner heç yıxılmır. Son roundun bitməsinə 20 saniyədən az birmüddət qala matç ərzində ilk dəfə düşən Uepner 10 saniyə içərisində yerdənqalxa bilmir. Məğlub olsa da hər kəsi təəccübləndiməyə qadir olur.

Silvester Stallonenin Məhəmməd Əli pərəstişkarıolduğunu bilirik. Üstəlik, filmdə Apollo Kridi izləyərkən Məhəmməd Əlinin döyüştexnikalarının bir çoxunu görməyimiz mümkündür. Təbii ki, Məhəmməd Əli də "Rokki”ninpərəstişkarıdır! O, "Rokki II” filmini izləmək üçün dostlarının yanında, məşhurfilm tənqidçisi Roqer Ebert ilə filmi birlikdə izləmişdir.

"Rokki"nin ət anbarında ətləri yumruqladığı səhnə məşhurdur. Bu səhnənin çəkilişləri əsnasında Silvester Stallone ətləri o qədər uzun bir müddət, sərt bir şəkildə yumruqlayır ki, nəticədə əlinin üst səthi düzləşir. Stallone bu gün belə əlində narahatçlıq keçirir.

Silvestr Stallonenin 2010-cu ildə GQ-yə verdiyimüsahibəyə görə ilk filminin ardından Çarli Çaplin, prezident Jerald Ford,Frank, Kapra və Elvis Presli Stallonneni axtararaq görüşmək istəyir. Xüsusiləson dərəcə həyəcanlı olan Elvis haqqında Stallone Mempisə filmi birlikdə izləməküzrə bir salon kirayələdiklərini, amma çox utanıb həyəcanlandığı üçün getmədiyiniifadə edir və əlavə edir ki, "bu gərçəkdir, istər inanın, istərinanmayın."


Stallone filmi çəkərkən, Rokki və Dolp Lundqrinindöyüşdüyü səhnənin təsirini artırma adına ikisindən birinin digərinə gərçəkdənzərbə vurmasına qərar verir. Rokkinin qabırğasına zərbə aldığı səhnənin üç dəfəməkilməısinin ardından Stallone sinəsində ağrı hiss edər ancaq fikir verməz.Bir sonrakı gün isə Stallone nəfəs almaqda çətinlik çəkər və təcili xəstəxanyaaparılır. Təzyiqinin aşırı dərəcədə qalxdığı fərq edilən Stallone, vaxt itirmədənKanadadan Santa Monikadakı Sent Cons xəstəxanasına aparılır və dörd günreanimasiyada qalır. Stalonnenin yaşadığı bu sıxıntının səbəbi isə Lundqrinin sərt,güclü zərbələr vurması səbəb olur.


"Rokki” filmi 2006-cı ildə Amerika Birləşmiş ŞtatıKonqres Kitabxansı tərəfindən "sənət, tarixi və estetik olaraq önəmli” filmlərarasına seçilərək ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərarverilmişdir. "Rokki", "Ən Yaxşı Film Oskarı" qazanan ilk "idman filmi" olaraq tarixə keçmişdir...