adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Mart 2023 11:58
349
SAĞLAMLIQ

Psixoloq: “Maariflənmə aparılmalıdır ki, qız uşaqlarının təhsilinin vacibliyi...”

“Artıq son dövrdə ən sevindiri hal ondan ibarətdir ki, insanlar maariflənməyə önəm verir. Əvvəllər təhsil almağın əleyhinə olan insanlar indi övladının, xüsusən də qız övladının təhsil almasının tərəfdarı olurlar. Qızlara əvvəl doğulan kimi cehiz yığmaq tendensiyası var idisə, indi artıq təhsil vermə tendensiyası yaranıb. Əvvəllər rayonlardan abituriyentlərimiz az olurdusa, indi isə valideynlərimiz maariflənib və bu bizə çox gözəl nəticələr verir”

Bunu Adalet.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova son dövrlər qız uşaqlarının təhsil almasına üstünlük verilməsi haqda danışarkən deyib. Psixoloq bu dəyişikliyin səbəblərini də açıqlayıb:

“Bəs bu dəyişim niyə yaxşı yöndə gedib? Çünki insanlarda artıq fərqindəlik yaranıb. Son dövr kinoların çəkilməsi, seriallarda qız uşaqlarının təhsil almasının təbliği, həyatın bizə aşıladığı təcrübələr, insanların inkişafla bağlı oxuduğu kitablar, maariflənməsi, seminarların, təlimlərin çoxalması artıq burda qız uşaqlarının təhsil almasının vacib olduğunu valideynlərimizə aşılayır və onlar bizə kömək edir. 

Qız uşaqlarının təhsil alması vacibdən də vacib məsələdir. Onlara ən önəmli olan şey təhsil verilməsi, öz ayaqlarının üzərində durmağı öyrətmək, daha uğurlu nəticə, həm də onu demək ki, sən də ayağın üstündə dura bilirsən, asılı deyilsən, bağlılığın yoxdur anlayışını yalnız təhsillə vermək olar. Ona görə də bu ənənə davam etməlidir, dayanmadan insanlar arasında maariflənmə aparılmalıdır ki, qız uşaqlarının təhsilinin vacibliyi öz aktuallığını heç vaxt itirməsin”. 

Vasif Əlihüseyn