Prosineçki federasiyadan 800 min avro istədi
Millimizin baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasını çalışdıra bilər.
Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, xorvatiyalı mütəxəssis sözügedən millidə işləmək üçün ilinə 800 min avro tələb edib.
Bu xəbərlərə münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç deyib ki,həmin məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".
Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə namizədlərdən biri də Robert Prosineçki hesab olunur.
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00