Problemləri həll etmək insanı təzə saxlayır
Yaponlar bir ada cəmiyyətidir. Onlar təzə balığı həmişə çox seviblər. Lakin Yaponiya sahillərində bol balıq az tapılır. Bunu anlayan balıqçılar əhalinin tələbatını ödəmək üçün böyük gəmilərlə okeana gediblər. Geri qayıtmaq bir-iki gündən çox çəksə, tutulan balıqlar köhnəlirdi. Alıcılar da balığın köhnə, ya təzə olduğunu dadından anlayırdılar.
Bu problemi həll etmək üçün balıqçılar gəmilərində soyuq hava anbarı düzəldirlər. Beləliklə, istədikləri qədər uzağa gedir, tutduqları balıqları da həmin hava anbarında dondurulmuş şəkildə saxlayırdılar. Ancaq alıcılar bu dəfə də təzə balıqla donmuş balığın ləzzət fərqini ayırd edir və bu donmuş balıqlara çox pul ödəmək istəmirlər.
Bundan sonra balıqçılar çarəni gəmilərinə akvarium yerləşdirməkdə görürlər. Balıqlar canlı olsa da, alıcılar bu balıqlarda da ləzzət fərqi olduğunu bildirirlər.
Nəhayət, yapon balıqçılar təzə və ləzzətli balığı süfrəyə gətirə biləcəkləri tam fərqli bir yol tapırlar. Onlar balıqları saxladıqları akvariuma kiçik köpəkbalığı da atırlar. Beləcə, balıqların bir qismi köpəkbalığı tərəfindən yeyilsə də, digərləri son dərəcə təzə qalır.
İnsan üçün də həyat balıqların həyatı kimidir. Çox vaxt rahatlıqdan əl çəkib öhdəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir.
Emin
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

