adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Noyabr 2017 13:15
43418
MÜSAHİBƏ

“Problemlər öz həllini tam tapa bilməyib” - MÜSAHİBƏ

Millət vəkili Ülvi Quliyev adalet.az saytına müsahibə verib. Həminmüsahibəni sizə təqdim edirik.

- Ülvi müəllim, 2018-ciilin dövlət büdcəsi Milli Məclisdə müzakirə olundu. Yaxın günlərdə qəbulolunması gözlənilir. Büdcə layihəsi ilə bağlı sizin fikirlərinizi bilmək istərdik.

- Bilirsiniz ki, son illər dünya iqtisadiyyatında müəyyən geriləmələrvar. Bunu beynəlxalq təşkilatlar və eyni zamanda supergüclər özləri də etirafedir. Nə qədər qorunsaq belə Azərbaycan da dünyanın bir parçası olduğu üçünböhran bizdən yan keçməyib. Ancaq onu da qeyd edim ki, bütün bunlara baxmayaraqAzərbaycanda həyata keçirilən siyasət böhranın təsirlərini minimuma endirib. CənabPrezidentin də son illər apardığı siyasətinkökündə neft və qaz amilindən asılılığın azalması, digər sahələrin inkişaf etdirilməsi,əsas da Azərbaycana uyğun olaraq kənd təsərrüfatının və turizmin münasib sahələrinininkişaf etidirilməsi durur. Bu isə böhrandan qorunmağın başlıca yoludur.2018-ci ilin büdcəsində əsas məqamlardan biri büdcənin sosial yönümlüolmasıdır. Bu müsbət bir haldır. Bütün buişlər hamısı Azərbaycan vətəndaşı üçün, insanların rifah halının yaxşılaşdırılmasıüçündür.

- Büdcəylə bağlı millət vəkilləri bir sıra təkliflərlə çıxış edirlər.Sizin hər hansı bir təklifləriniz var idimi?

-Açığı tam səmimi deyim. Mən iqtisadçı deyiləm.Büdcəylə bağlı iqtisadçılar daha yaxşı fikir bildirə bilərlər.

- Milli Məclisdə təmsil olunduğunuz komitəninfəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- V çağırışda yeni yaranmış komitələrdənbiri də Gənclər və İdman Komitəsidir. Komitəninfəaliyyəti sayəsində qısa müddətdə bir çox qanun layihələri qəbul olunub və bu işlərdavam etdirilir. Fikirlər, təkliflər çoxdur. Bu sahəyə Cənab Prezidentin xüsusidiqqət və qayğısı var. Çünki Azərbaycan əhalisinin çox hissəsini gənclər təşkil edir. Ona görə də idman siyasətihökumətin prioritet hesab etdiyi sahələrdəndir. İdman da Azərbaycanın dünyada tanınmasıüçün yüksək platformalardan biridir. Ona görə də Cənab Prezident bu sahəyə xüsusidiqqət ayırıb. Son vaxtlar Prezident Adminstrasiyasında gənclər idman şöbəsininyaranması bir daha bunun sübutudur. İşlər gedir. "İdmandadopinqvasitələrindənvə üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanunun qəbul olunması, "Bədən tərbiyyəsi və idman haqqında” qanuna birçox dəyişikliklər əlavə edilib. Bu sahəd fəaliyyətimiz bundan sonra da davam edəcək.

- Yeri gəlmişkən, Gənclərsiyasəti ilə bağlı Dövlət Proqramı da qəbul olunub. Bu proqramla bağlı nə deyə bilərsiniz?

- Bu dövlət proqramı çox əhatəli hazırlanmışbir sənəddir. Dövlət Proqramı hər bir sahədəyaradıcı gənclərin üzə çıxması, onlara dəstək baxımında öz töhfəsini verəcəkdir.Gənclər siyasəti Dövlət Proqramı 2017-2021-ci illəri əhatə edir və bu proqramdabütün müddəalar öz əksini tapıb.

- Davamlı olaraq hökumət tərəfindəngənclər siyasəti ilə bağlı addımlar atılır, qanunvericilik aktları qəbul olunurvə silsilə tədbirlər keçirilir. Problemlərimiz nədən ibarətdir?

-Məşğulluqla bağlı müəyyən problemlər olur. Düzdür, gənclərimiz ali təhsil almağameyllidilər. Ancaq peşə təhsili ilə bağlı da stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir.Ümumiyyətlə, dünyanın hər bir yerində bu var. Ona görə də bu sahədə təhsil sisteminin təkmilləşdirilməsiçox vacib olardı. Yəni məşğulluq məsələlərinin yükünün azaldılması üçün öz müsbəttöhfəsini verə bilər.

- Yeri gəlmişkən, növbəti ildəxaricdə təhsil anlan tələbələrlə də bağlı müəyyən qərarlar qəbul olunub. Bu yöndənə deyə bilərsiniz?

-Bizim əvvəllər xaricdəki təhsillə bağlı DövlətProqramlarımız var idi. Təbii ki, bu da bir dövr üçün nəzərdə tutulmuşdu. Düşünürəm ki, bu proqramın dayandırılmasınınsəbəblərindən biri valyuta axınının qarşısını almaqdır. Üstəlik, Azərbaycanda dünya standarından da yüksək səviyyədəADA-nın fəaliyyət göstərməsi, Rusiyanın dünyada məşhur olan Lomonosov adına Universitetinfilialının olması, eləcə də Bakı Dövlət Universitetinin özü ölkə daxilində keyfiyyətli təhsil almağaimkan verir. Düşünürəm ki, bu amil də, yəniölkə daxilində də yüksək standartlara cavab verən təhsil almaq, xarici dillərimükəmməl mənimsəmək imkanlarının mövcudluğu, eləcə də uşaqların, gənclərimizin,tələbələrimizin dünya görüşünün artması, təhsil sistemində olan islahatlar və s.bu proqramdan imtina etməyə imkan yaradır.

- Bir məsələyə də toxunmaq istəyirəm.Təmsil olunduğunuz Yasamal rayonunda bir sıra söküntü işləri həyata keçirilir. Bununlabağlı vətəndaşların sizə müraciəti olubmu? Haqqı tapdanırmı onların, kompensasiyalarıverilirmi?

-Mən indi deputat seçildiyim ərazidən və bundan əvvəl seçildiyim Sovetski adlanın ərazidə söküntü işləri gedirdi və özünüzdə görürsünüz ki, ordakı infrastruktur dəyişikliklərinecə göz oxşayır. Bununla yanaşı yollar nə qədər rahatdı. Nə qədər gözəl işlər görülüb.Adam baxanda ürəyi açılır. Bütün bunlar vətəndaşlar üçündü. İnsanlarda əvvəlləryalnış fikirlər yaranırdı, narazılıqlar böyük idi. Amma get-gedə bunlar aradan qaldırldı. Düzdür, şikayətlər də olur.Hamımız insanıq, İnsan faktoru olan yerdənarazılıqlar da, yalnışlıqlar da olur. Amma bunun qarşısı alınır.

- Mənim üçün maraqlıdır, seçiciləriniz sizinlə rahat görüşüb problemlərini bölüşə bilirlərmi?

-Təbii ki. Açığı, müəyyən icra strukturlarının məmurları arasında narazılıq yaradaninsanlar oduğu kimi, insanlarımızın özündədə müəyyən problemlər yaşanır. Baxırsan ki, müəyyən bir pilot layihə həyatakeçirirlər. Ancaq iddia çox böyükdür. Görürsən bəzən reallığa uyğun verilmiş bütünnormatiıv aktlardan tam kənar istəklər olur. Bir var bu istəklər qeyd etdiyim layihələrinhəyat keçirilməsi ilə bağlı olsun, bir də var insanların sürdükləriqeri-real təklifvə tələblərlə. Bunları izah edəndə narazılıqlar olur. Ancaq nəzərə almaqlazımdır ki, bu cür laiyhələrin həyata keçirilməsi birinci növbədə eləinsanların öz gələcək həyatlarını yüngülləşdirmək naminə çox vacibdir.

- Bəs, "Hacı Cavad” Məscidinaçılması nə vaxta planlaşdırılır?

-Vallah onu mən dəqiq bilmirəm. Bu məsələ cənab prezidentin xüsusi nəzarətindədir. Bilirsiniz ki, böyük problemlər yaşandı. Beləhalın olması din xadimləri, dini inancı olan insanlar arasında mənfi fikir yaratmışdı. Biz hamımız dinə inanan adamlarıq. Bilmirəm sizo məscidi görmüşdünüz, ya yox. Çox yararsızbir vəziyyətdə idi. Hal-hazırda yüksək səviyyədə işlər gedir və "Hacı Cavad” Məsciditam təmirli və yüksək standartlara cavab verən səviyyədə dini icmaya təqdim olunacaq.

- Bu gün bir sıra yerlərdə açılanOlimpiya Komplekslərinin maddi problemlər ucbatından dövlətdən asılılığı var deyəfəaliyyətlərini davam etdirə bilmirlər. Bu yaxınlarda keçirilən tenderlərdə birçox idman müəssisəsi özəlləşdirilməyə çıxarılıb. Bununla bağlı fikirlərinizi bilməkistərdik. Bildiyimə görə gələn ildən Olimpiya Komplekslərinin tikintisinə maliyyəayırılması dayandırılacaq.

-Bu barədə dəqiq məlumatlı deyiləm. Yanlış fikirlər söyləmək istəmirəm. Düşünmürəmki, idman qurğularının tikintiləri tam dayandırılsın. Burda say etibari ilə müəyyənazalma ola bilər. Çünki idman qurğalırın hər yerdə olması, çox olması Azərbaycangəncliyinin sağlam həyat tərzinə bir töhfədir.

- Şəki İdman Kompleksi artıqqapılarını bağlayıb, tam fəaliyyətsizdir. Özünü doğrulda bilməyib. Bəs, digər Komplekslər öz fəaliyyətlərini doğruldabiliblərmi?

-Düşünürəm ki, doğruldublar. Əsas nəticədir. Nəticə də var. Nəticə odur ki, olimpiya oyunlarında, İslam oyunlarındaidmançılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırıb, dövlət himnimizi səsləndiriblər.Nəticə varsa, deməli, doğruldublar. Amma düşünmürəm ki, Bakıda, eləcə də regionlarda komplekslərin fəaliyyəti dayandırılsın, özəlləşdirilsin.Bunlar hamısı Milli Olimpiya Komitəsi vəGənclər və İdman Nazirliyi tərəfindən tənzimlənir. Mən bu məsələnin içində olmadığım üçün dəqiq bir söz deyə bilmərəm. Bilirsiniz ki, cənab prezidentin bu sahəyə xüsusidiqqəti var. Ona gödə düşünmürəm ki, komplekslərözəlləşdirilsin, fəaliyyətini dayandırsın.

- Fikir verirəm, deyəsən siyasiməsələlərə toxunmağı elə də xoşlamırsınız.

-Yox, niyə? Elə Mili Məclis siyasət yeridi.

- Ülvi müəllim, gündəlik informasiyalarıhardan alırsınız, qəzetləri gündəlik oxuyursunuzmu?

-Qəzetləri oxumağa vaxt baxımından imkanım olmur. Amma gün ərzində 10-15 sayta baxıram. Bu prosesi səhər, günort, axşam həyata keçirirəm. Çünki daiminformasiyalar yenilənir. Rus kanallarına baxıram, bizim televiziya kanallarınınbəzi xəbərlərini izləyirəm, BBS-yə, «Evronyus»a baxıram.

- Efirlərdə bəzi verilişlərinbayağı olması ilə bağlı iradlar bildirilir. Sizin də bu haqda fikirlərinizi bilməkistərdim.

-Mən də fikirləşirəm ki, bəzi verlişlər ürəkaçan səviyyədə deyil. Ona görə də Azərbaycanteleviziyasında ən çox xəbərlərə, bəzən intellektual oyunlara, «Nə? Harda? Necə?» və o tipli digər verlişlərəbaxıram. Efirdəki bayağı verilişlərləbağlı mütəxəssislər tərəfindən də tez-tez müxtəlif iradlar söylənilir, Milli Teleradiovə Yayım Şurasına müəyyən təkliflər verilir. Amma, təəssüf ki, problemlər hələdə tam öz həllini tapa bilməyib.

- Qırx ildən artıqdır ki, karateilə məşğul olursunuz. Bəs sizin digər hobbiniznədir?

-Digər hobbim hərdən istirahət məqsədilə ova getməkdir. Bəli, məqsəd, sadəcə,istirahət etməkdir, daha ova gedib bütünheyvanları öldürmək yox.

- Silahınımz var?

-Bəli, ov silahlarım var.

- Milli Məclis sizə silah veribmi,o silahdan istifadə etmisinizmi?

-Biz ümumiyyətlə, Milil Məclisdən silah almamışıq. Hətta versələr belə, həvəsindəolan adam deyiləm.


ƏdilƏdilzadə