Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış oldular - FOTOLAR
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Adalet.az xəbər verir ki, “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağın siyasi, iqtisadi, sosial və mədəni inkişafında xidmətlərini əks etdirən fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb. Sərginin ekspozisiyası 1969-cu ildən başlayaraq Qarabağın və Şərqi Zəngəzurun tarixində başlanan böyük dönüş dövrünü ziyarətçilərə çatdırır. Doğma xalqının böyük təəssübkeşi olan dahi şəxsiyyət Heydər Əliyevin mürəkkəb tarixi şəraitdə bölgənin həyatının bütün sahələrində reallaşdırdığı geniş islahatlara dair faktlar foto və videomateriallar vasitəsi ilə ziyarətçilərə çatdırılır. Sərgidə Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən “İz” filmi də nümayiş olunur.
Digər Xəbərlər
23 Iyun 2026 15:05
Prezidentlər Bülbülün ev-muzeyində - FOTOLAR
23 Iyun 2026 14:56
Arif Hacılının ölkədən çıxışına qadağa qoyuldu
23 Iyun 2026 13:48
Ekspert: “Çimərliyi yarış meydançasına çevirmək olmaz”
23 Iyun 2026 13:37
Şuşa məscidində tikinti işləri ilə tanış oldular - FOTOLAR
23 Iyun 2026 12:40
Prezidentlər Şuşada uşaqlarla görüşdülər - VİDEO
23 Iyun 2026 12:38
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdiriləcək
23 Iyun 2026 11:48
Azərbaycanda bu şəxslər 2500 manatadək cərimələnəcək
23 Iyun 2026 11:26


Bakı -°C

