Prezidentlər Naxçıvanda hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
Adalet.az xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçılarına raport verdi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Məlumat verildi ki, hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir. Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda, idarəetmə, yataqxana və təminat binası inşa edilib.
Hərbi hissənin zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, ümumi texnika tutumu 284 yer olan 4 saxlanc, yanacaqdoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub.
“Naxçıvan Mərkəzi Təlim-Tədris Sahəsi” taktiki və idman sahələrindən, atış, artilleriya, mühəndis, kəşfiyyat, rabitə, kimya və qarovul şəhərciklərindən ibarətdir. Kompleksə yüksək səviyyədə təchiz olunmuş idman şəhərciyi də daxildir.
***
Adalet.az xəbər verir ki, Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.
Digər Xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə "Explore Azerbaijan with IDEA" layihəsi fəaliyyətə başlayıb

Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ

Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb - YENİLƏNİB

Samir Şərifova daha bir vəzifə verildi - Baş nazirdən sərəncam

Prezident 4 kəndin sakinləri ilə görüşdü - FOTOLAR + YENİLƏNİB

İcma: Qərbi Azərbaycan TV-nin adından yanlış məlumatlar dərc edilib

"Bu qanunun yenidən işlənib qəbul olunmasına ehtiyac var" - Komitə sədri
