adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Fevral 2017 14:00
85782
MÜSAHİBƏ

“Prezidentin sərəncamı lüzumsuz xərcləri aradan qaldıracaq"

Prezident İlham Əliyevin sərəncamı ilə NəqliyyatNazirliyi ilə Rabitə və Yüksək Texnologiylar Nazirliyi birləşdirilərək onların əsasındaNəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyi yaradılıb.

Adalet.az bu barədə İqtisad elmlər doktoru, professor FikrətYusifovun fikirlərini öyrənib.

-Rabitə və İnformasiya narizliyinin birləşdirilməsini necə dəyərləndirirsiniz?

- Ölkədə aparılan struktur islahatlarının davamlıolacağı heç şübhə döğurmur. Əslində indiki dönəmdə bunun alternativi də yoxdur.Hesab edirəm ki, NəqliyyatNazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliklərinin birləşdirilməsinədair ölkə başçısının qəbul etdiyi qərar son deyil və qaşıdakı aylarda biz başqauyğun nazirlik və komitələrin də birləşdirilərək yenidən təşkil edilməsini etivaedən yeni qərarların qəbul edilməsinin şahidi ola biləcəyik.

Bu gələcəkdə rabitə və nəqliyyat sahəsində səmərəliliyiartıracaqmı?

Bir ildənçoxdur ki, hökumət Azərbaycanda post-neft dövrünün başlandığını rəsmi şəkildəelan edib. Bu gün ölkədə bütün islahatlar məhz bu dövrün tələblərinə uyğun birsəviyyədə aparılır. Struktur islahatları isə bu islahatların mühüm tərkib hissəsidir.Bu islahatlar idarəetmədə paralleliyin ləğvini, çevikliyin təmin edilməsini,inkişafın qarşısında əngələ çevrilən məqamların tam aradan qaldırılmasını hədəfləyib.

- Nazilriklərin birləşdirilməsini hansı səbəbləri var?

Səbəbini belə izah edərdim ki, bu addım idarəetmədəparalelliyin aradan qaldırılması və çevikliyin təmin edilməsi ilə yanaşı həm dədövlət büdcəsinin vəsaitlərinə qənaət etməyə və lüzumsuz xərcləri aradanqaldırmağa imkan verəcək. 

Rüfət Soltan