adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2019 12:47
5763
GÜNDƏM

“Prezidentə müraciəti cümlə-cümlə özüm yazmışam” - Mehman Hüseynov

"Azadlığa çıxmağıma səbəbkar olanlara təşəkkür edirəm".

Adalet.az Lent.az-a istinadən xəbər verir ki, bunu bir neçə gün əvvəl həbsdən çıxan bloger Mehman Hüseynov mətbuat konfransında deyib .

Mehman Hüseynov xalqa və jurnalistlərə minnətdarlığını bildirib: "Həbsxanada olan müddətdə mənə açılan yeni cinayət işi doğru deyildi. Ümumiyyətlə, heç kimlə dalaşmamışam. Elə bir hadisə baş verməyib. Məni kameradan çıxarıq cərimə məntəqəsinə apardılar. İttihamçı gəldi ki, sən ədliyyə leytenantının üzərinə hücum çəkmisən. Bu mənə çox pis təsir elədi. Həmin zaman qərar verdim ki, öz hüquqlarımı qorumalıyam. Orda dedim ki, martın 2-də ya azadlığa çıxacağam, ya da burda öləcəyəm. Ona görə, həmin vaxt onlara ölüm aclığına başladığımı bildirdim".

Mehman Hüseynov bu mövzu ilə bağlı yayılan mübahisəli məqamlara da aydınlıq gətirib:"Azərbaycan xalqı məndən düzü gözləyir. Mən də hər şeyi düzgün deyəcəyəm. Prezidentə müraciət etmişəm. Həmin mətni cümlə-cümlə mən yazmışam. Sonda da imza çəkmişəm".

M.Hüseynov bildirib ki, məqsədi o olub ki, olanları ölkə başçısına çatdırsın:"Həmin müraciətində bildirdim ki, mən heç kimi vurmamışam, olan hadisələrdə heç bir əlaqəm olmayıb".