İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim etdi - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.
Adalet.az xəbər verir ki, Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev dedi:
-Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz “Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim.
Prezident İlham Əliyev “Şərəf” ordenini Sahibə Qafarovaya təqdim etdi.
Sahibə Qafarova: Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Təbrik edirəm.
Sahibə Qafarova dedi:
-Çox sağ olun, çox minnətdaram. Möhtərəm cənab Prezident, icazə versəniz, mən bir neçə söz deyərdim.
Möhtərəm cənab Prezident, bu yüksək təltifə görə dərin və səmimi minnətdarlığımı bildirmək istərdim. Onu da qeyd etmək istərdim ki, mən bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirirəm. Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə, Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram. Mən ömür boyu işləmişəm ki, cəmiyyətimizə həmişə hansısa bir xeyir gəlsin. Mən əminliklə demək istəyirəm ki, bundan sonra da işlədiyim zaman Milli Məclisin sədri kimi, bir insan kimi, Azərbaycan vətəndaşı kimi həmişə əlimdən gələni edəcəyəm ki, işlədiyim yerdə öz vəzifəmi yerinə yetirim. Mən Sizə çox minnətdaram.
Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.
***
Azərbaycan Prezidenti İlham Əliyev Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib.
Adalet.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, bu gün S.Qafarovanın 70 yaşı tamam olur.
Digər Xəbərlər
21 Mart 2026 10:29
“Yaponiya təkbaşına Çinin artan gücü ilə bacarmayacaq...”
20 Mart 2026 13:26
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə etdi
20 Mart 2026 12:20
İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı
19 Mart 2026 17:46
Hikmət Hacıyev siyasi direktorlar ilə fikir mübadiləsi apardı
19 Mart 2026 17:09
İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
19 Mart 2026 13:00
“Bu tonqalda yanıb külə dönən isə yüzilliklərin məkrli planlarıdır”
19 Mart 2026 12:56
Bayram günlərinin HAVASI
19 Mart 2026 12:54


Bakı -°C

