Prezidentdən laçınlılara: “Sizinlə Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz”
“Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm”.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib.
Adətən öz ad günlərini, o cümlədən yubiley sayılan ad günlərini qeyd etmədiyini deyən dövlətimizin başçısı qeyd edib: “60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi. O tarixdən cəmi 11 il keçib, biz sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz”.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

