Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham Əliyev “Göygöl rayonunun Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Digər Xəbərlər

Azərbaycan və Ermənistanın nümayəndə heyətlərinin növbəti görüşü oldu

“ACWA Power” şirkətinin təsisçisi İlham Əliyevə məktub göndərdi

Azərbaycan və Macarıstan arasında 3 sənəd imzalanıb

Azərbaycan və Macarıstan arasında hökumətlərarası komissiyanın iclası keçirilib - YENİLƏNİB

Baş nazir FƏRMAN İMZALADI

Kreml Bakıdan nə istəyir? - Zatulin etiraf etdi - ŞOK DETALLAR

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib
