Prezident sosial evlər kompleksinin təməlini qoydu - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoyub.
Adalet.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, Naxçıvan şəhərində çoxmənzilli yaşayış binalarının (güzəştli mənzillər) tikintisi üçün 5 hektara yaxın torpaq sahəsi ayrılıb.
Kompleksdə 6 və 7 mərtəbəli 16 bina inşa ediləcək. Burada 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı, 37 dördotaqlı olmaqla, ümumilikdə 518 mənzil olacaq.
Yaşayış Kompleksində sakinlərin rahatlığı üçün zəruri infrastruktur yaradılacaq. Burada uşaq bağçasının və digər iaşə obyektlərinin tikintisi nəzərdə tutulur. Kompleks elektrik enerjisi, qaz, su və çirkab suların axıdılması sistemləri ilə təchiz ediləcək. Ərazidə yolların və səkilərin salınması, abadlaşdırma və yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub.
Dövlətimizin başçısına Mənzil İnşaatı Dövlət Agentliyinin indiyədək icra etdiyi və nəzərdə tutulan layihələr barədə də məlumat verildi.
Digər Xəbərlər
11 Avqust 2026 23:31
Qədim diyarımız Naxçıvan! - VİDEO
11 Avqust 2026 23:09
Prezident sabah Sərəncam imzalayacaq
11 Avqust 2026 23:08
Bu üç bölgə inzibati cəhətdən birləşdirilir
11 Avqust 2026 23:04
"Bilirəm ki, şəhərlərarası, rayonlararası nəqliyyatda problem var" - Dövlət başçısı
11 Avqust 2026 23:02
"Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik" - Prezident
11 Avqust 2026 22:54
"Bürokratik əngəllər, məsələlərin uzadılması Azərbaycanın üsuli-idarəsi deyil" - İlham Əliyev
11 Avqust 2026 22:50
"Bu gün mənə verilən məlumat və təqdimat çox vacib idi" - Ölkə başçısı
11 Avqust 2026 22:45


Bakı -°C

