Prezident Quba-Xəzəryanı regionu ilə bağlı sazişi təsdiqlədi
Prezident İlham Əliyev Milli Məclisin sentyabrın 30-da qəbul etdiyi "Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba-Xəzəryanı" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.
Adalet.az xəbər verir ki, bu il fevralın 18-də Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənədi iki şirkətin prezidentləri Rövşən Nəcəf və Gary Guidry imzalayıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
İyunun 10-da Nazirlər Kabineti Sazişlə bağlı Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib, sentyabrın 30-da isə Milli Məclis sənədi ratifikasiya edib. Sənəddə SOCAR-ın maraqlarını təmsil edəcək şirkət kimi onun törəməsi "SOCAR Quba-Xəzəryanı" MMC göstərilib. Bu şirkət ötən il oktyabrın 3-də 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, qanuni təmsilçisi Elnur Dövlət oğlu Ağatağıyevdir.
Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur. Sazişdə konkret başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.
Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.
Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.
Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.
Digər Xəbərlər
12 Oktyabr 2026 17:06
İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
12 Oktyabr 2026 16:57
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
12 Oktyabr 2026 16:47
Çin XİN başçısı Azərbaycana səfər edəcək
12 Oktyabr 2026 16:39
Azərbaycan və Ukrayna arasında Sazişə dəyişiklik protokolu təsdiq edildi
12 Oktyabr 2026 15:24
"Məktəblərimiz bilik, vətənpərvərlik, milli birlik və yüksək mənəvi dəyərlərin ünvanı olmalıdır"
12 Oktyabr 2026 14:20
“Heç bir xarici mərkəz Azərbaycana hansı qaydaları tətbiq etməli olduğunu diktə edə bilməz”
12 Oktyabr 2026 13:35
Prezidentin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu - YENİLƏNİB
12 Oktyabr 2026 12:38


Bakı -°C

