Prezident Pakistanın Baş nazirini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.
Adalet.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir.
Biz qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan irəli gələn, ortaq mədəni dəyərlər və həmrəylik kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərimizin hərtərəfli inkişafına müstəsna əhəmiyyət veririk. Ali səviyyədə səfərlərin, görüşlərin və təmasların intensivliyi əməkdaşlığımızın yüksək inkişaf dinamikasının göstəricisidir.
Sizin keçən ay Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri çərçivəsində Sizinlə qarşılıqlı etimad, anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadilələrini və müzakirələri son dərəcə yüksək qiymətləndirirəm. Səfər əsnasında müxtəlif sahələr üzrə Azərbaycan-Pakistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz razılaşmalar, o cümlədən imzalanmış çoxsaylı sənədlər ikitərəfli gündəliyimizin əhatə dairəsinin daha da genişləndirilməsinə, müxtəlif istiqamətlər üzrə iqtisadi-ticari potensialımızın reallaşdırılmasına töhfələr verəcəkdir.
Əminəm ki, xalqlarımızın sınaqdan çıxmış qardaşlığı və birliyindən güc alan Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətləri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə və dərinləşməyə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
Digər Xəbərlər
20 Dekabr 2025 18:27
Əli Əsədov Monteneqro Baş nazirinin müavini ilə görüşdü
20 Dekabr 2025 14:10
"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - İbrahimoviç
20 Dekabr 2025 13:30
Azərbaycanla Monteneqro arasında Anlaşma Memorandumu imzalandı
19 Dekabr 2025 18:32
Özbəkistan prezidenti İlham Əliyevi TƏBRİK ETDİ
19 Dekabr 2025 17:15
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
19 Dekabr 2025 15:25
Zahid Oruc :“Avropalı siyəsətçilərin beynində 26 sentyabr erası hələ yaşayır”
19 Dekabr 2025 13:47
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
19 Dekabr 2025 13:45


Bakı -°C

