Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib
Prezident İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı verib.
Başsağlığında deyilir: "Hörmətli xanım Baş nazir, Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Digər Xəbərlər
06 May 2024 09:23
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlı... - VİDEO
06 May 2024 09:11Sülhməramlıların hərbi texnikası Yalamada - VİDEO
05 May 2024 17:01Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52