Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab Reuven Rivlinə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Digər Xəbərlər
02 May 2024 13:32
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 13:1566 senatordan "Azərbaycana sanksiya, Ermənistana 200 milyon dollar yardım" ÇAĞIRIŞI
02 May 2024 12:33İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 12:28“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”
01 May 2024 22:45