adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Oktyabr 2018 12:40
7557
SİYASƏT

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".