Prezident: Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik
Azərbaycan sədrliyi dövründə (Qoşulmama Hərəkatına - red.) dekolonizasiya gündəliyinə xüsusi diqqət ayırmışdı. Biz bəzi ölkələr, xüsusilə də Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmiş, bu utancverici praktikaya son qoyulması tələbini səsləndirmişik.
Adalet.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.
Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb.
"Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir", - deyə müraciətdə vurğulanıb.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

