adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyun 2017 10:02
6176
MƏMLƏKƏT

Prezident dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdi

Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

Adalet.az xəbər verir ki, bu barədə prezidentin saytında məlumat yerləşdirilib.

Ötən il dövlət büdcəsinin gəlirləri 17 milyard 505,7 milyon manat təşkil edib və proqnozlar 104,1% icra olunub.

2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29%-ni təşkil edib. Dövlət büdcəsinin gəlirləri 2015-ci il ilə müqayisədə 1%-ə yaxın və ya 7 mln. 714,8 min manat artıb.

Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat təşkil edib. Proqnozlar - 96% səviyyəsində icra olunub.

2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29,4%-ni təşkil edib.
2016-ci ildə dövlət büdcəsinin faktiki kəsiri 245 mln. 604 min 134 manat və ÜDM-in 0,4% təşkil edib.

Qanunun tam mətni ilə BURADAN tanışa ola bilərsiniz.