adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Iyun 2017 13:32
3306
GÜNDƏM

Prezident Cocuq Mərcanlı sakinini təltif etdi

Prezident İlham Əliyev Oqtay Həziyevin 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Əbil oğlu Həziyev 1-ci dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

Xatırladaq ki, O.Həziyev 20 ildir Cocuq Mərcanlı kəndində yaşayır.