Prezident Bernard Kaminetskini qəbul edib - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Adalet.az xəbər verir ki, qəbula görə minnətdarlıqlarını bildirən Maykl Tuçin və Bernard Kaminetski dövlətimizin başçısı ilə əvvəlki görüşlərini məmnunluqla xatırladılar. Onlar Azərbaycanda mövcud olan dinlər və mədəniyyətlər arasındakı dialoqun, ölkəmizdə müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və harmoniya şəraitində yaşamalarının bütün dünya üçün nümunə olduğunu vurğulayaraq, dövlət səviyyəsində aparılan bu siyasətə görə Prezident İlham Əliyevə təşəkkür etdilər.
Qonaqlar ölkəmizə səfər çərçivəsində Quba rayonunda, Qırmızı Qəsəbədə olduqlarını dedilər və qeyd etdilər ki, bu qəsəbənin özünün mövcudluğu, onun inkişafı, orada yaradılmış nadir yəhudi muzeyi də dünya üçün bir nümunədir.
Maykl Tuçin və Bernard Kaminetski, həmçinin Azərbaycanda yəhudi icmasının fəaliyyəti və dini ayinlərini həyata keçirməsi üçün yaradılan şəraitə, yəhudi ibadət ocaqlarına dövlət səviyyəsində göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə etdilər.
Dövlətimizin başçısı da öz növbəsində qeyd etdi ki, Azərbaycanda müxtəlif dini və etnik konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşamaları xalqımızın həyat tərzidir və əsrlər boyu ölkəmizdə bu cür harmonik ab-hava mövcud olub. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar, eyni zamanda, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir və dövlət siyasəti çərçivəsində dəstəklənir.
Dövlətimizin başçısı Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə beynəlxalq səviyyədə ciddi töhfə verdiyini və Bakının bu xüsusda aparılan müzakirələrin ev sahibi olduğunu qeyd etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) prezidenti Maykl Tuçini və Komitənin yeni seçilmiş prezidenti Bernard Kaminetskini qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
08 Aprel 2026 19:22
Əraqçi ilə Ceyhun Bayramov telefonla danışdılar
08 Aprel 2026 17:08
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə görüş keçirib - YENİLƏNİB
08 Aprel 2026 16:59
ABŞ-İran müharibəsinin qalibi kimdir? - Elxan Şükürlü yazır
08 Aprel 2026 15:47
İlham Əliyev Pezeşkianı təbrik etdi
08 Aprel 2026 15:43
Böyük savaşlar arasında Qafqaz - Səxavət Məmməd yazır
08 Aprel 2026 11:39
“İrana anlatdılar ki, daha proksilərlə bizə zəmin yaratmağa ehtiyac qalmayıb...”
08 Aprel 2026 11:35
İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul etdi - FOTOLAR
08 Aprel 2026 11:30


Bakı -°C

