Prezident: “Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi üçün çox işlər görülüb”
Heydər Əliyev Mərkəzində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları, Texnoloji İnnovasiyalar Konfrası və Sərgisi keçirilir.
3 gün davam edəcək tədbirdə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Koreya Gömrük Xudməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin Baş direktoru Taeil Kang və ÜGT-nin Baş katibi Kunio Mikuriya istirak edir.
Tədbir Prezident İlham Əliyevin iştirakçılara təbrik məktubunun oxunması ilə açıq elan olunub. Məktubu Baş nazir Novruz Məmmədov oxuyub. Dövlət başçısı məktubunda bildirib ki, Azərbaycanın gömrük sistemində şəffaflığın təmin edilməsi, informasiya kommunikasiya texnologiyaların tətbiq olunması sahəsində bir çox işlər görülüb. O, bu cür konfrans və sərgilərin keçirilməsini alqışlayır və onların əməkdaşlığa töhfələr verəcəyinə əminliyinin ifadə edib. Daha sonra DGK-nin sədri Səfər Mehdiyev çıxış edib. S.Mehdiyev qeyd edib ki, bu tədbirin olkəmizdə keçirilməsi Prezident İlham Əliyevin gömruk sistemində həyata keçirdiyi mütərəqqi islahatlar hesabına Azərbaycan gömrüyünün bütün sahələrdə, xüsusilə informasiya texnologiyalarının tətbiqi istiqamətində əldə etdiyi uğuların nəticəsidir.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01