Prezident ailəvi istirahət mərkəzinin açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin açılışında iştirak ediblər. Ailəvi istirahət parkında yaradılan şəraitlə bağlı dövlət başçısına məlumat verilib.
Qeyd edilib ki, "Dalğa Beach-Aqua Park” ailəvi istirahət mərkəzinin ümumi sahəsi 68 min kvadratmetrdir. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, özünəməxsus üslubda inşa olunub. İstirahət kompleksində ümumi sahəsi 12 min kvadratmetr olan 7 hovuz yaradılıb. Bu hovuzlarda süni dalğalar vasitəsilə qonaqlar sörfinqlə məşğul ola biləcəklər. Hovuzlarda 7 su attraksionu quraşdırılıb.
Dövlət başçısı və xanımı dənizin içində inşa edilmiş "Mayak” restoranında da olublar.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57