Portuqaliya İrandakı səfirliyini bağladı
Portuqaliya təhlükəsizlik səbəbləri ilə İrandakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib.
Adalet.az xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"O ölkədə olan bütün Portuqaliya vətəndaşları ilə əlaqə saxlanılıb. Səkkiz nəfər artıq İranı tərk edib. Bəzi vətəndaşlar ölkədən çıxmaq üzrədir, digər 10 vətəndaş (onlardan yeddisi ikili vətəndaşlığa - Portuqaliya və İran vətəndaşlığına malikdir) qalmaq qərarı alıblar", - nazirlikdən bildirilib.
XİN əlavə edib ki, bölgədəki hazırkı gərgin vəziyyət və potensial silahlı münaqişə təhlükəsi səbəbindən İrana hər hansı səfərlər qətiyyətlə tövsiyə olunmur.
Digər Xəbərlər
19 Fevral 2026 09:45
"NATO-ya qoşulmaq üçün hər şeyi etmişik" - Zelenski
18 Fevral 2026 20:31
ABŞ İrana böyük hücuma başlayacaqmı? - Ehtimallar
18 Fevral 2026 20:02
Ermənistanda atışma: ölən və yaralananlar var - VİDEO
18 Fevral 2026 15:10
Türkiyəsiz mümkün deyil - Ərdoğan
18 Fevral 2026 14:33
Cenevrədə Ukrayna üzrə üçtərəfli danışıqlar başa çatdı - YENİLƏNİB
18 Fevral 2026 14:30
Zelenski: Rusiya danışıqlar prosesini uzatmağa çalışır
18 Fevral 2026 13:44
Zelenski Lukaşenkoya qarşı sansiyalar paketi tədbiq etdi
18 Fevral 2026 10:59


Bakı -°C

