adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2018 12:47
8909
İDMAN

Poqba klubunu dəyişir

"Mançester Yunayted"in futbolçusu Pol Poqba yenidən "Yuventus"a qayıtmaq istəyir.

Qol.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında işləməkdən yorulan fransalı yarımmüdafiəçi sabiq klubuna geri dönməyi planlaşdırır. Onun bu qərarı verməsində Kriştiano Ronaldonun Turin təmsilçisinə keçidinin təsiri ola biləcəyi vurğulanıb. P.Poqbanın "Yuventus"la Çempionlar Liqasının kubokunu qazanmağı hədəflədiyi iddia edilib.

Qeyd edək ki, P.Poqba iki il əvvəl 105 milyon avroya "Yuventus"dan "Mançester Yunayted"də transfer olunub.