12 May 2025 14:01
198
DÜNYA

Polşa 3 rus diplomatı “persona non-grata” elan etdi

Rusiyanın Krakovdakı Baş Konsulluğunun üç diplomatı "persona non-qrata" elan edilib.

Adalet.az xəbər verir ki, Polşa Xarici İşlər Nazirinin müavini Henrika Moşiska-Dendis jurnalistlərə bildirib.

"Baş konsulluğun diplomatik əməkdaşları ölkəmizdə olması arzuolunmaz şəxslər kimi tanınıb", - o, bildirib. 

Mayın 12-də Polşanın xarici işlər naziri Radoslav Sikorski  Polşanın Krakovdakı Rusiya Baş Konsulluğunu bağladığını açıqlayıb. Onun sözlərinə görə, bu qərarın Rusiya tərəfinin “təxribat aktı”na görə qəbul edildiyi bildirilir.