adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
20 Noyabr 2017 18:40
13974
SİYASƏT

Politoloqlar Lavrovun səfərini dəyərləndirdilər

Rusiya xarici işlərnaziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı politoloqlar öz fikirlərinibölüşüblər.


Politoloq Rasim Musabəyovdeyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycanasəfər etməsində iki əsas məsələ var. Azərbaycan - Rusiya diplomatik əlaqələrinin25 illiyinin tamam olması onun Bakıya səfər etməsində bir bəhanə idi. Səfərdə əsasməqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və Dağlıq Qarabağ məsələsinindalandan çıxarılması ilə bağlı hansısa bir təkliflərdir". Deputat bildiribki, Dağlıq Qarabağ məsələsinin dalandan çıxarılması ilə bağlı bu vaxta qədər səylərolub: "Tərəflər razılaşmanın bir addımlığında olublar. Ancaq bu addımı irəliyəyox, geriyə atıblar. Bu baxımdan pessimist olmağa xeyli əsaslar var. Nə zamansabu tilsim qırılmalıdır. Ona görə də bu istiqamətdə səylər çox vacibdir. Amma nəticəyəgətirib-gətirməyəcəyi sınaqdan keçirilməlidir. Mən nəticənin yaxşı olacağınabir o dərəcədə ümidli deyiləm".

Millət vəkiliAzər Badamovda görüş barəsində fikirlərini bildirib. Qeyd edib ki,Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri Rusiya iləAzərbaycan arasında strateji əməkdaşlığın gələcək prespektivləri iləəlaqədardır". Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasındakıiqtisadi əlaqələr inkişaf mərhələsindədir: "Ölkələrarası ticarətdövriyyəsi dinamik artımdadır. Təbii ki, Ermənistan-Azərbaycan, DağlıqQarabağ münaqişəsi müzakirə olunur və ümumi bir məxrəcə gəlmək ətrafında fikirmübadiləsi də aparılır. Çünki, Cənubi Qafqazın ən böyük və hər an alovlanabiləcək problemi Azərbaycanın işğaldakı torpaqları ilə bağlı ola bilər. Onagörə də regionun sabitliyi üçün bu problem tezliklə həll olunmalıdır. LavrovAzərbaycandan sonra Ermənistana da səfər edəcək. Orada da münaqişənin həlli iləbağlı danışıqlar aparacaq. Münaqişənin düyününün açılması Rusiyanın əlindədirvə düşünürəm ki, Rusiya Ermənilərə ciddi təsir metoduna keçərsə məsələ də özhəllini tapar və regiona sabitlik gələr".

Ədil Ədilzadə