Politoloq: “Separatçı rejimin başında duran şəxslərin böyük əksəriyyəti...”

“Bu gün Gəncə terrorundan 3 il ötür. Təsadüfdirmi, Allahın bir xoşbəxtliyidirmi bu gün Gəncə hadisəslərinin törədilməsində iştirak edən və ona rəhbərlik etmiş separatçı bir rejimin başında duran şəxs yəni, Araik Arutyunyan artıq Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və Bakıya gətirilib. Artıq o Azərbaycanda ədalət məhkəməsinə çıxarılacaq”
Bunu Adalet.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Politoloq daha sonra bunları əlavə edib:
“Bu o deməkdir ki, Gəncə terrorunda əli olmuş şəxsin, istər digər cinayətlər törətmiş şəxslər göydə Allahın, yerdə Azərbaycan qanunlarından kənarda qalmayacaq. Çünki Azərbaycan dövləti, Prezidenti, Ali Baş Komandanı, hər bir vətəndaşın prezidenti olaraq qarşısına qoyduğu məsələ hər bir vətəndaşın haqqının, hüququnun qorunmasıdır. Gəncə hadisələrində bilirik ki, 90 nəfərə yaxın insanımız həlak olub. Onların haqqının, hüqunun qorunmasını da bu gün Prezident Cənab İlham Əliyev, Azərbaycan silahlı qüvvələri və eyni zamanda, Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri həyata keçirir. Demək olar ki, separatçı rejimin başında duran şəxslərin böyük əksəriyyəti həbs edilərək Bakıya gətirilib.
Bu baxımdan hadisələr çox uzun çəkmədi, üstü açıldı. Eyni zamanda, birinci Qarabağ savaşında baş vermiş cinayətlərə görə bu cinayəti törədən şəxslərin həbs edilməsi prosesi gedir. Düşünürəm ki, yaxın zamanlarda biz Robert Köçəryanla, Serkj Sarkisyanın da ədalət məhkəməsinə çıxarılacağına inanırıq. Hesab edirəm ki, bütün bunların hər biri Azərbaycan dövlətinin ortaya qoyduğu strateji xətdir. Azərbaycan gec-tez ona qarşı cinayət törətmiş şəxslərin, qrupların layiqli cəzasının verilməsini həyata keçirəcək”.
Vasif Əlihüseyn