26 Sentyabr 2023 11:12
460
SİYASƏT

Politoloq: “Ermənistanın Azərbaycan Ordusuna qarşı...”

“Ermənistanda etiraz aksiyalarını təşkil edənlər onların keçmiş hakimiyyətinin nümayəndələridir. Bura onlar başıboş tələbələri də cəlb ediblər. Çalışırlar ki, Paşinyanı hakimiyyətdən göndərsinlər. Amma onların ictimai təməli çox zəifdir”

Bunu Adalet.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq təşkil edilən etiraz aksiyasının heç bir şeyə nail ola bilməyəcəyini bildirib:

“Ora bir neçə min adam çıxır və onlara da Paşinyan hakimiyyəti təhvil verən deyil. Yadınıza salmaq istəyirəm ki, Paşinyanı hakimiyyətə gətirib, Sarkisyanı hakimiyyətdən göndərən mitinqlərin sayı yüz minlərlə idi. Amma indi 10 min adamın etiraz aksiyalarında iştirakı yetərincə deyil. Dünən erməni müxalifəti cəhd etdi ki, Paşinyanın təcrübəsindən istifadə edib Yerevanın əsas küçələrini iflic etsinlər. Amma polis onların qarşısını aldı. Yəni mitinqlərdə kütlə, ideoloji, güc amili yoxdur. Paşinyan da yerində oturub öz siyasətini davam edir. 

Ermənistanın Azərbaycan Ordusuna qarşı döyüşə biləcək ordusu yoxdur. Həmçinin Ermənistanın müttəfiqi yoxdur. Rusiya onlardan üz döndərib. Bizim müttəfiqimiz Türkiyədir. Azərbaycan qədər iqtisadi gücü də yoxdur. Qaldı ki, Qarabağı artıq 13 min erməni tərk edib və hələ bu köç davam edəcək. Vəziyyət ağırdır” .

Vasif Əlihüseyn