adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2019 15:21
26199
GÜNDƏM

POLİS VƏ HƏKİMLƏR: ELƏ DƏ OLUR, BELƏ DƏ OLUR

Aprelin20-də Murad Nəbibəyov bir status paylaşmışdı. Sonra baxdım ki, bu statusu çoxlarıpaylaşıb. Məsələ nədi? Ayın 19-da bir avtoqəza olur və Abşeron rayonDYP-nin əməkdaşı, polis kapitanı Vasif Sadıqov gənci Təcili Tibbi Yardıma çatdırır. Amma Təcili Tibbi Yardımda qəbul eləmirlər ki, xəstə çox qan itirib. Bundan sonra poliskapitanı xəstəni «Semaşko»ya çatdırır və burda da xəstənin vəziyyətinin ağır olduğunu deyib qəbul etmirlər.Kapitan vaxt itirmədən gənci Travmatologiya İnstitutuna çatdırır. Burda xəstənidərhal qəbul edib əməliyyat edirlər, qanaxmasını dayandırırlar və xəstə özünə gələnə qədər polis kapitanı xəstəxanada gözləyir.

Buyaralını xilas edən sizin tez-tez sosialşəbəkələrdə və saytlarda söydüyünüz bir DövlətYol Polisi əməkdaşıdır. Və mənə çox ləzzətelədi ki, bu xəbəri 124 nəfər paylaşıb.

Eşqolsun həmin polisə və Azərbaycan polislərinə!

Ammaməsələnin başqa bir tərəfi var. Deməli, nəTəcili Yardım bu xəstəni qəbul etməyib, nədə «Semaşko» adına xəstəxana ki, çox qanitirib. Və deməli, bu yaralı həmin həkimlərin fikrincə, artıq ölü sayılırmış.

Bireşq də düşür Travmatologiya İnstitutunun həkimlərinə ki, onlar yaralını həyata qaytarabiliblər.

Yaralını qəbul eləməyən həkimlərə söyməkistəyirsən, amma o biri tərəfdən dəgözünün qabağına Travmatologiya İnstitutunun həkimləri gəlir.