Polis valideynlərə çağırış etdi - VİDEO
Daxili İşlər Nazirliyi tərəfindən cinayətlərin, o cümlədən uşaqlara qarşı törədilən ailə-məişət xarakterli zorakılıq əməllərinin qarşısının alınması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə profilaktik tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, uşaq təkcə bir ailənin deyil, bütövlükdə cəmiyyətin gələcəyidir. Valideyn məsuliyyəti isə sadəcə hüquqi öhdəlik deyil, həm də mənəvi vəzifədir.
Qanunvericiliyə əsasən, valideynlər və ya onları əvəz edən şəxslər azyaşlıların sağlamlığına və davranışına nəzarət etməlidirlər. Bu məsələ yalnız qanunla məhdudlaşmır. Uşağın nəzarətsiz qalması onun fiziki təhlükə, zərərli mühit, aqressiv təsirlər və cinayət riskləri ilə üzləşməsinə səbəb ola bilər. Bu isə artıq təkcə ailə problemi deyil ictimai təhlükədir. Müasir dövrdə təhlükə yalnız küçədə deyil. Sosial şəbəkələr, rəqəmsal mühit və mənfi təsir qrupları valideyn diqqətini daha da vacib edir.
Qeyd edilib ki, polis əməkdaşları aidiyyəti dövlət qurumları ilə birgə uşaqların hüquqlarının qorunması istiqamətində maarifləndirici və profilaktik tədbirlər həyata keçirir. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. İzahedici söhbətlər, tövsiyələr və preventiv yanaşma təhlükənin qarşısını əvvəlcədən almağa xidmət edir. Valideyn məsuliyyəti hüquqi norma olmaqla yanaşı, vətəndaşlıq borcudur.
Ona görə də övladınızın harada, kimlə və necə vaxt keçirdiyini bilin, onların rəqəmsal mühitdəki fəaliyyətinə nəzarət edin, davranış dəyişikliklərinə biganə qalmayın, məktəb və ictimai mühitlə əlaqəni gücləndirin, laqeyd yanaşmayın. Gəlin, uşaqları aqressiv təsir yaradan hallardan birgə qoruyaq. Unutmayaq ki, bu gün göstərilən diqqət sabahın sağlam və güvənli vətəndaşını formalaşdırır.
Digər Xəbərlər
19 Fevral 2026 12:01
AzerGold” QSC-nin 5-ci Təqaüd Proqramı müsabiqəsinin qalibləri mükafatlandırılıb
19 Fevral 2026 11:53
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
19 Fevral 2026 10:21
Namaz qılmayan şəxs oruc tuta bilər? - AÇIQLAMA
19 Fevral 2026 10:07
Metroda hərəkət qrafik üzrə bərpa olundu - YENİLƏNİB
19 Fevral 2026 10:06
Sumqayıtda 2 internat tipli gimnaziyada nöqsanlar aşkarlandı
19 Fevral 2026 09:38
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər
18 Fevral 2026 20:36
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı
18 Fevral 2026 20:35


Bakı -°C

