Polis Binəqədi və Biləcəridə əməliyyat keçirdi: 24 nəfər saxlanıldı
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə üzvləri saxlanılıblar.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aaxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov və Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən 20 kiloqrama heroin və 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, Mahir İsayev əvvəlcə “instagram” sosial şəbəkəsində xarici ölkələrdən birində yaşayan narkotacirlə tanış olub. Onun narkokuryerlik təklifi ilə razılaşan saxlanılan şəxs daha sonra bu işə öz tanışlarını da cəlb edib. Dəstə üzvləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri Astara rayonunda əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər, Faktla Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa Binəqədi rayonu, xüsusən Biləcəri qəsəbəsi ərazisində son 5 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı əlavə olaraq 20 nəfər tutularaq istintaqa cəlb edilib. Saxlanılanlar Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Onlardan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub.
Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Digər Xəbərlər
04 Oktyabr 2026 18:32
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
03 Oktyabr 2026 17:50
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
03 Oktyabr 2026 11:46
Polis bir gündə 57 nəfəri saxladı
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49
Bərdədə 26 yaşlı gənc qətlə yetirildi
30 Sentyabr 2026 10:19


Bakı -°C

