Polis Bakıda əməliyyat keçirdi - VİDEO
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər.
Adalet.az xəbər verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini, 61 yaşlı Elman İmanov saxlanılıb. Onun üzərindən 4 kiloqram 745 qram marixuana aşkar edilərək götürülüb.
Şöbə əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 39 yaşlı Taleh Bağırov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan satış məqsədilə qablaşdırılmış, ümumi çəkisi 8 kiloqram 413 qram olan heroin, tiryək, marixuana və psixotrop maddə — metamfetamin aşkarlanaraq götürülüb.
Müəyyən edilib ki, E. İmanov və T. Bağırov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
14 Aprel 2026 17:12
Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı
14 Aprel 2026 16:24
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
14 Aprel 2026 15:27
İsmayıllıda taksi sürücüsünə hücum edib, avtomobili qaçırdılar
14 Aprel 2026 10:19
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı
13 Aprel 2026 17:15
İki xalaqızının DƏHŞƏTLİ QƏTLİNİN TƏFƏRRÜATI - VİDEO
13 Aprel 2026 10:13
Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı
11 Aprel 2026 18:13
Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi açıldı - YENİLƏNİB
10 Aprel 2026 17:16


Bakı -°C

