Polis Bakıda əməliyyat keçirdi: 10 nəfər tutuldu
Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 10 nəfər saxlanılıb. Qanunsuz dövriyyədən külli miqdarda - 5 kiloqrama yaxın heroin və psixotrop maddə metamfetamin çıxarılıb.
Adalet.az xəbər verir ki, saxlanılanlardan biri, əvvəllər məhkum olunmuş Anar Əliyev Yasamal rayonunda narkotik vasitələrin satışını həyata keçirən əsas şəxslərdən olub. O, narkotikləri sosial şəbəkələr vasitəsi ilə xarici ölkələrdə yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdiyini bildirib.
Aşkar edilən faktlarla bağlı 26-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Yasamal Rayon Polis İdarəsinin və ərazi Polis Bölmələrinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı qanunsuz dövriyyədən 13 kiloqramdan artıq narkotik vasitə və psoxotrop maddə çıxarılıb.
Digər Xəbərlər
16 Iyun 2026 10:39
Narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu
16 Iyun 2026 10:25
Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı
15 Iyun 2026 17:45
Çobanlar arasında mübahisə qanla bitdi
15 Iyun 2026 16:45
Axtarışda olan 83 nəfər tutulub
15 Iyun 2026 16:17
Paytaxtda narkotik dövriyyəyə buraxmaq istəyirdi - VİDEO
15 Iyun 2026 13:18
Qanunsuz saxlanılan 10 tüfəng aşkarlanıb
14 Iyun 2026 13:24
Nizamidə 30 kiloqrama yaxın narkotik müsadirə olundu - VİDEO
12 Iyun 2026 14:25


Bakı -°C

