Polad Bülbüloğlu Rusiyanın səlahiyyətli orqanlarına müraciət etdi
Özünü "Artsax Respublikasının xarici işlər naziri" kimi təqdim edən David Babayanın 21-27 iyun tarixlərində Rusiyaya "işgüzar səfər" etməsi və burada bir sıra görüşlər keçirməsinə dair erməni KİV-də yayılmış xəbərlərlə bağlı Səfir Polad Bülbüloğlu tərəfindən Rusiya Federasiyasının səlahiyyətli orqanlarına sorğu ilə müraciət olunub.
Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
"Rusiya tərəfindən daxil olmuş rəsmi məlumata əsasən bildiririk ki, yuxarıda adı çəkilən şəxsin göstərilən tarixlərdə Rusiya ərazisində olması şəxsi məqsədlərlə əlaqədar olmuş, bu səbəbdən də tirajlanan "işgüzar səfər" xəbərləri həqiqəti əks etdirmir. Burada keçirdiyi bütün görüşlər şəxsi xarakter daşımış və Rusiyanın heç bir rəsmi şəxsi onunla görüşməmişdir.
Səfirlik bir daha vurğulayır ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli şəxslər Rusiya ərazisinə Ermənistan Respublikasının pasportu ilə daxil olurlar, belə "səfərlər" barədə yayılan xəbərlər təxribat xarakteri daşıyır, məqsədi ictimaiyyəti çaşdırmaq və Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
16 Sentyabr 2026 13:35
“Erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa çağırırıq”
16 Sentyabr 2026 12:55
Hakan Fidan: "Türkiyə və Azərbaycan iki sabitlik adasıdır"
16 Sentyabr 2026 11:35
Prezident onları təltif etdi - SİYAHI
16 Sentyabr 2026 11:34
İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi
16 Sentyabr 2026 10:42
Zakir Həsənov Belarusun müdafiə naziri ilə görüşdü - VİDEO
16 Sentyabr 2026 10:18
“Türkiyənin təşkilatı gücləndirəcək təkliflər hazırladığını ehtimal etmək olar”
16 Sentyabr 2026 09:41
Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
16 Sentyabr 2026 08:55


Bakı -°C

