adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Iyun 2019 16:39
31515
ƏDƏBİYYAT

POETİK DÜŞÜNCƏMİZİN AFAQ ŞIXLI MƏQAMI

Dərinvə güclü müşahidənin təsviri, ifadəsi, bunların da düşüncədə doğurduğu mənəvi yüksəlişin,ucalığın ən ülvi məqamı – yanaraq yaşamaqdır. Yaradılmışların alisi olaninsanın gözü qarşısında sayrışan həyat rənglərinin hiss və duyğuları oyatmasıda ülvi bir sevginin əbədi işığıdır. Bu işığın başına dolanan Pərvanəni– Söz xiridarını ruhun coşub-daşan çaylarında, dənizin dalğaları qoynundaçırpına-çırpına uzaqlara, sirli bir aləmə aparan da yaradıcılıq eşqidir. Bu eşqtoxumunu sevib-seçdiyi bəndəsinin düşüncə tarlasına inci təki səpən də UcaYaradandır. Bəndənin də Haqdan gələn səsə, vəhyə oyanması, göy üzünün ənginliklərinəqanadlanması taleyinə yazılmış əbədi eşqin özü deyilmi...

Beləbir eşqin işığında özünün mənəvi dünyası, saf təbiəti, incə ruhu ilə göz-könülyaddaşımın güzgüsündə aydın görünən "Şıxlı”lar nəslinin bir yaşıl, cavan budağı– həkim, şair, publisist, tərcüməçi Afaq Şıxlının yaradıcılığı, ədəbi şəxsiyyətihaqqında ömrün yarım əsrinin tamamında söz demək, zənnimcə yerində və məqamındadoğulan istəkdir. Bu istəyə təkan olan bir başqa cəhət də Afaq xanımın qürbəteldə vətən eşqi, təəssübü ilə yazıb-yaratmasının ədəbi ictimaiyyətdə həssaslıqla,rəğbət və sevgi ilə qarşılanmasıdır. Ən başlıcası da bu bədii təfəkkürsahibinin ədəbi camedə qibtə doğuracaq duyğusallığının, ruhsallığının bədii təcəssümüdə diqqətimi cəlb etmişdi. İlk olaraq Afaqın poetik təfəkkürünün, çiçəklərin şəbnəmindənsu içən təbinin bulaq təki çağlamasında bədii sözünün ecazını gördüm. Başqa bircəhət isə ondan ibarət oldu ki, qürbət eldə (Moskvada) Vətən təəssübkeşliyi iləfəaliyyət göstərməsi, bir çox xarici ölkələrdə ədəbiyyatımızı təmsil və təbliğetməsi məndə, eləcə də ədəbi mühitin, böyük bir oxucu auditoriyasıının AfaqŞıxlı yaradıcılığına, bədii sözünün çəkisinə, sanbalına güclü maraq oyatdı…

AfaqŞıxlı yaradıcılığı ilə bəzən arabir, bəzən də müntəzəm olaraq dövri mətbuatdarastlaşsam da bir qədər geniş aspektdə Moskvada fəaliyyət göstərən "Şəhriyar” ədəbi-mədənicəmiyyətinin nəşri olan bir Almanaxda dərc olunmuş şeirləri ilə daha yaxından tanışoldum. Əslində bu kitabla tanışlıq Moskvada yaşayan, yazıb-yaradan bir çoxyazıçı-şairlərin qürbət eldə vətən sevgisi ilə çırpınraq yaşamaları da düşüncəmətəsirsiz ötüşmədi. Və mən həmin Almanaxdan aldığım böyük təəssüratın işığında"Qürbətdən gələn səslər” məqaləmlə dövri mətbuatda geniş bir yazı ilə çıxışetdim...

Qayəsi ədəbiyyata xidmət etmək, onun ifadə etdiyiyazıb-yaratmaq qayğıları ilə yaşamaq, əziyyətinə sevərək qatlaşmaq, gəncliyimizəədəb-ərkanı öyrətmək, onları özünün saflığı, məna-məntiqi, yeni düşüncəninişığında puçur-puçur açılan və özünün rayihəsi ilə gözümüzü, könlümüzünurlandıran poetik nümunələri ilə tərbiyələndirmək olan Afaq Şıxlı ədəbi taleyiilə uşaqlığından üzü bu yana məzmunlu bir tale yaşayıb. Bu yaradıcılıq yolunuizləmək, onu oxumaq və onlardan bəhrələnmək də yaradıcı gənclik üçün ən gözəlörnəklərdir desək, yanılmarıq.

Afaq Şıxlıixtisasca həkimdir, amma bədii ədəbiyyata olan maraq və yaradıcılıq eşqi onu busahədə çalışmağa, yazıb-yaratmağa yönəldib. Afaq xanımın bədii yaradıcılığa nəvaxtdan, ömrün hansı məqamından başladığını deyə bilmərəm, ammagörüb-duyduqlarıma, ədəbi məhsullarından aldığım qənaətə görə məndə belə bir təsəvvüryaranır ki, Afaq Şıxlı nəinki püxtə bir şair, tərcüməsidir, həm də milli ruha,köklü mədəniyyətimizin incilərinə, vətən və xalq təəssübkeşliyinə malik olan,Azərbaycançılıq məfkurəsi ilə yaradıcıbir ömür yaşayan ədəbi şəxsiyyətdir. Amma bunlar təkcə təssəvvür çərçivəsindəqalmayıb, sənətkarın bədii irsinin ədəbi müstəvidə olması dediklərimin barizgöstəricisidir.

Məndə Afaq xanımın bir neçə kitabı var. Açığı,onları tam oxuyub başa çıxmasam da şeirlərinin əksəriyyəti ilə tanışam vəonlardan aldığım təəssüratla doluyam. "Qəlbimindedikləri”, "Məndən uzaqda”, "Sevərsənmi”, "Səni düşünürəm”, "Ömrümün beşinci fəsli”ndəürəyinin işığı, sevgisi gül açıb dil-dil ötür. Siz bu adlara fikir verin, burdanə hay-küy var, nə haray, qışqırıq. Mən Afaqın şeir dilini bir pıçıltı kimieşidir, pəsdən oxunan mahnı kimi qəbul edirəm. Belə olmasaydı, zərif, həssas təbiətlişair, kübar xanım özünün ədəbi inciləri ilə məndə rəğbət oyada bilməzdiki!

Şair, publisist Afaq Şıxlı Azərbaycan mətbuatındamüntəzəm çıxış edən müəlliflərdəndir. Yəni ölkədən kənarda yaşasa da vətənləsıx əlaqəsi olan, tədbirlərə qatılan ziyalı, ədəbiyyat adamı olaraqyaradıcılığı ilə həmişə ədəbi mühitin mərkəzindədir. Onun şeirlərindəki daxiliintonasiya, melodinamiklik fikrin, hissin poetik ifadəsilə vəhdətdədir. Buşeirlərdə zərif, kövrək, sirli bir ürəyin çırpıntıları var. Afaq Şıxlı şeirlərindəhəm də bir qürbət ab-havası yaşayır. Qəribliyin payız ovqatı qatarından ayrıdüşən durna təki haray çəkir:

Gün baxsa da hərdən bir az,

Nə qəm bitər, nə də ayaz.

Qərib ömrə gəlməz ki, yaz, -

Payızın özüdür qürbət. ("Qürbət”)

Afaq Şıxlının haqqında yazılmış bir neçə məqalələrdənxəbərdaram. Burda onlardan yalnız birinin adını çəkmək, ordan kiçicik birparçanı təqdim etmək istərdim. Bu bizim bədii sözə, fikrə hər zaman həssaslıqlayanaşan, yaxşını dəyərləndirən, zəifə də həqiqi, doğru mövqedən münasibətinibildirən qüdrətli şairimiz Məmməd İsmayılın Afaqın "Ömrümün beşinci fəsli”kitabına yazdığı Ön söz statusunda olan "Şeir onun üçün qara sevdadır” məqaləsidir.Bəri başdan deyim ki, Məmməd İsmayıl boğazdan yuxarı söz-tərif deyən birisideyil. O, poetik sözə, duyduğuma görə də şairin yaradıcılıq laboratoriyasındayaranan şeirlərinin ciddiliyinə poetik gözəlliyinə, dəyərinə qiymət verir. Bilmirəm,onun hansı fikrini önə çəkim, amma şüurum və ədəbi təəssüratım məqalənibütövlükdə bir qiyməli söz xəzinəsi təki qəbul etdiyindən, seçmədən, aramadanbir abzası önə çəkirəm: "Qürbətdə yaşayan şairə söz Vətən olur. Və nə yaxşı ki,belədir; Şeir də sevgi kimidir, o səni buraxana qədər davam etməlisən. Və...yenə əgər sevilmirsə, sevilməmək şeirin yox, bizim günahımızdır hardasa”,deyirdi M.Svetayeva. Və Svetayevanı tez-tez xatırlamağım da (bu məqalədə -Ş.N.) səbəbsiz deyil... Erkən yaşlarından şair, şeir heyranlığında A.Şıxlı birbaşqasına yox, məhz M.Svetayevaya bənzəyir... "Mənim kimilərini Qiyamət günüvicdan məhkəməsində mühakimə edəcəklər, amma əgər Sözün vicdan məhkəməsi varsa,mən orda suçsuz və təmizəm”, - deyirdi M.Svetayeva. Bu anlarda oxucularınmühakiməsinə verilən "Sən mənim ömrümün beşinci fəsli” kitabındakı şeirlər bizəhaqq verir deyək ki, üslubları ilə bir-birindən fərqlənsələr də, bu kitabdailhamsız yazılan bir şeirə də rast gəlməzsiniz... ” Bu fikirlər mənə fürsətverir deyəm ki, Məmməd İsmayıl Afaqın bütünlükdə də olmasa, yaradıcılığınınböyük bir hissəsi ilə tanışdır, bu mənada onun irsindən ətraflı şəkildə bəhsetməyə könlündə sözü, fikri var. Bu, yəqin ki, Afaq Şıxlının bir şair xoşbəxtliyidir...Afaqın rus qadın poeziyasının Kraliçası hesab etdiyim Mariya Svetayeva iləmüqayisə olunması isə şeirimizin gülüzlü, istedadlı şairi Afaq Şıxlının dahabir xoşbəxtliyidir.

Yenə həsrət dolu axşam düşəcək...

Çəkə bilirsənsə, bu həsrəti çək.

Qopur varlığımdan hecası tək-tək:

"Qa-yıt hə-ya-tı-ma, sən-siz ol-ma-yır”

Afaq Şıxlı gerçək həyatında olduğu kimi, özününpoeziyasında da xalqın, vətənin dərdini, qayğısını çəkir, başqalarınınacılı-şirinli sevgisinin intizarını, həsrətini, vüsalını da bədii sözünün qüdrətiləmənzərəsini yaradır. Onun şeirlərində insanı düşündürən, narahat edən, yaxud sevindirən nə varsa,şairin yaradıcılığında öz əksini tapır.

Bu mənada Afaqın şeirlərində özünün özəlliyi, məntiqimühakiməsini, sərrastlığını görmək, duymaq çətin olmur. Çünki, şair heç vaxtdüşüncəsini zorlamır, əksinə, təfəkkürünə işıq təki, gün kimi saçılan poetiknümunələrini məqamını itirmədən ağ kağızlar (bəlkə də bilgisayarın yaddaşına)köçürür. Belə bir mühitdə düçüncə də qəlb də sözə təşnə olan ilham pərisininyazdırdıqları necə sönük görünə bilər! Onun ədəbi mühitindən həmişə gül ətri,çiçək rayihəsi duyulur. Bu fikirləri yazdığım yerdə şairin şeir bağçasından xatirəətri gələn şirin yeniyetmə çağlarından poeziyasına gətirdiyi misraları yadıma düşdü:

Gənclik illərində bahar gələndə,

Gəzərdik çəməni, gəzərdik dağı.

Bu qədər çiçəyin, gülün içində

Səni axtarardıq, çobanyastlğı.

Toplardıq gülləri hey dəstə-dəstə,

Bəzərdi telləri çələnglərimiz.

Sonra da uzanıb otların üstə,

Zümzümə edərdik qayğısızca biz.

(Çobanyastığı)

O çağlardan illər ötsə də şair duyğularındadını-tamını hələ də unutmayıb. Həyata, təbiətə, insanlara sevgisi nəinkiazalmayıb, günü-gündən şöləsini, işığını gurlandırıb. Mən burda ilk olaraq şairinxatirələrinin işığında yazdığı sadə bir şeirindən misraları yada saldım. Zatən,Afaq Şıxlının şeirlərində sadəlik, səmimilik bütün yaradıcılığında paklıq, təmizliksimvolu kimi görünür, başqa sözlə, onun şeirləri zahirən sadə, mahiyyətcəinsanı düşündürən, təsirləndirən, həyata sevgi, inam yaratmaq gücünə, qüdrətinəmalik olan ədəbi nümunələrdir.

Sözümün bu məqamında onu da xatırlamağı vacibsanıram ki, Afaq Şıxlının yaradıcılığının bir qolu da tərcümədir. Şair bu sahəilə də ciddi məşğul olur, ən başlıcası da yaradıcılığını iki istiqamətdə,paralel şəkildə aparır. Deyərdim ki, bu qollar birlikdə mənəvi güc, təkan kimibiri digərinə söykəkdir. A.Şıxlı bir çox rus şairlərinin əsərlərini dilimizəçevirib, eləcə də Azərbaycan şairlərindən etdiyi tərcümələri ilə ədəbiyyatımızıntəbliğində milli qeyrət hissini ədəbi müstəviyə çıxara bilb. Bütün bunlar AfaqŞıxlının xalqlar arasında ədəbi körpülərin möhkəmlənməsinə xidmətidir.

AfaqŞıxlının şeirləri rus, fransız dillərinə tərcümə edilmiş, türk dilinə uyğunlaşdırılmışdır.Afaq xanım 2011-ci ildən Beynəlxalq Yazıçılar vəPublisistlər Assosiasiyasının, 2012-ci ildən Avrasiya Yazarlar Birliyinin,Rusiya Yazarlar Birliyininvə Rusiya Poeziya Akademiyasının,2013-cü ildən Azərbaycan Jurnalistlər Birliyininüzvüdür. O,2014-cü ildə Azərbaycan YazıçılarBirliyinin üzvü seçilmiş və 2015-ci ilin yanvar ayından AYB Moskva bölməsinin məsulkatibi vəzifəsinətəyin olunmuşdur. Onun ədəbiyyatdan savayı da məşğulolduğu sahələr var ki, (təbabət, musiqi və rəssamlıq) şair onlardan da xüsusizövq alır və bu məşğuliyyətin hər biri də poeziyasında öz əksini tapır. Onun həqiqibəzəyinin bir maddi bazası da budur ki, özü hələ də bir bahar çiçəyini xatırlatsa da iki övladı vənəvələri qayğısı, əziyyəti bu gözəlliyin, təravətin üstündən bir yel belə əsməsinəyol verməyib, əksinə, görkəminin nuru, işığı daha da artıb...

Şairin şeirlərinin dili sadə, səlis, ürəyəyatan,oynaq olması ilə yanaşı özünün məzmun-məna çalarları ilə olduqca zəngindir. Bugün cəmiyyətdə haqlı iradların, tənqidinelə də qəbul olunmadığı bir vaxtda, insanlığın, mədəniyyətin bütün ölçülərini,etik normalarını gözləyən sakit təbiətli, ipək xasiyyətli (mən onun bu keyfiyyətinidə şeirlərindən duymuşam) Afaqın ədəbi mühitdə, sosial həyatda baş alıb gedənlaqeydlik, mənəviyyatsızlıq, cəsarətsizlik kimi hallara qarşı barışmazlığınıgörəndə fərəhim köksümə sığmır. Dilimizi korlayanlara, milli-bəşəri mahiyyətliməsələlərdə haqqı deməyə, üzə çıxarmağa qeyrəti çatmayanlara, tarixikeçmişimizi ləkələməyə çalışan nadürüstlərin əməllərinə göz yumanlarla cihadaçıxır, üsyan edir. Milli hisslərimizə toxunan, yersiz və haqsız iddialarla tələblərirəli sürən üzdəniraq, işğalçı qonşuların siyasi, mənəvi həyasızlıqlarına gözyumanların qulağının dibində elə bağırır ki, bu səsə, qeyrətə oyanmamaq mümkündeyil. Bu mövzuda onun ilkin olaraq sosial şəbəkələrdə kəsərli sözü sankivaxtında atılmış güllə kimi hədəfə dəyir. Bunlar həməncə də müzakirə mövzusunaçevrilir.

Kökdən, içdən gələn kübarlığı, mədəniyyəti, yadmillətin içində belə özünün azərbaycançılıq məfkurəsi ilə yaşayan, mənəvi dəyərlərimizin,əxlaqımızın ləyaqətli daşıyıcısı Afaq Şıxlının obrazı bu gün düşüncəmdə aydın,maraqlı və canlı görünür... Gərək daim bədii axtarışlarda olasan, həyatı,iinsanları müşahidə edəsən ki, ruhun, qəlbin də öz ədəbi yükünü bu gerçəklikdəntuta bilsin. Böyük ilhamla, eşqlə, gözlərin və ürəyin intizarı ilə dolub-boşalabiləsən. Yaradıcılıq da ki yana-yana yaşamaq, qıpqırmızı közə, alova dönmək,bulaq suyu təki pak bir eşqlə yaradıcı ömrünə davam etməkdir. Afaq Şıxlı məhzbelə bir gözəllikdə və məzmunda yaradıcı həyat yaşayır...

Doğum gününz mübarək olsun, dəyərli Afaq xanım!

Şəfəq Nasir.