PKK Türkiyədə hərbi hissəyə hücum etdi: ölənlər var
Türkiyənin cənub-şərqində, Şırnak vilayətindəki hərbi hissəyə silahlı hücum olub.
Bu haqda Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, hücum nəticəsində 3 türk hərbçi ölüb, biri yaralanıb.
Hərbi hissəyə hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir.
İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri ərazidə terrorçuların məhv edilməsi üzrə əməliyyata başlayıb.
Digər Xəbərlər
28 Aprel 2024 12:07